Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Nurəddin Cəfərov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:31, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nurəddin Cəfərov
Cəfərov Nurəddin Cəmaləddin oglu
Nurəddin Cəfərov
Nurəddin Cəfərov
Doğum tarixi 1933(1933-İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu.-{{{3}}})[[Kateqoriya:{{{3}}} qeyri-müəyyən ayda doğulanlar]]
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vəfat tarixi 2007(2007-İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu.-{{{3}}})[[Kateqoriya:{{{3}}} qeyri-müəyyən ayda vəfat edənlər]]
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Pedoqoji İnstitutu

Nurəddin Cəfərov — azərbaycanlı alim, texnika elmləri doktoru.

Haqqında məlumatlar

1933-cü ildə Nuxada anadan olub.

1953-cü ildə Nuxa Pedoqoji Məktəbini, 1959-cu ildə isə Azərbaycan Pedoqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Təyinatla Sumqayıt şəhərində müəllimlik edib.

1960-cı ildə Azərbaycan SSR EA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunun aspiranturasına daxil olub. 1960 – 2003-cü illərdə həmin İnstitutun Neft veriminin artırılmasının yeni üsullarının hidrodinamikası laboratoriyasında əvvəlcə mühəndis, daha sonra laboratoriya rəhbəri vəzifəsində işləyib.

1965-ci ildə Neftdaşıma Konturlarını Yerdəyişməsinin və Quyuların Vatareyalarının Sulaşması Prosesinin Hidrodinamik Tədqiqi mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1992-ci ildə AEA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda Doktorluq dissertasiyası müdafiə edib.

SSRİ-nin Kazan, Penza, Tümen və digər şəhərlərində keçirilən elmi konfranslarda elmi məruzələrlə çıxış edib.

1980-cı ildə “Çoxlaylı neft yataqlarında quyuların sulaşması məsələləri” adlı monoqrafiyası dərc olunub.

130-dan artıq elmi məqalənin müəllifidir. Yeddi elmlər namizədi yetişdirib. Əldə etdiyi elmi nəticələr Azərbaycanda fəaliyyətdə olan Neft yataqlarında (Balaxanı, Suraxanı, Ramana, Səngəçal-dəniz, Bulla-dəniz), Türkmənistanda, Surqutda, Maykopda olan Neft yataqlarında tətbiq edilmişdir.

Elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Bakı Dövlət Universitetinin Şəki filialında dekan, kafedra müdiri, professor vəzifələrində çalışıb.

2007-ci ildə vəfat edib.

Mükafatları

  • 1985-ci ildə bir qrup alimlərlə birlikdə Mürəkkəb dağ-geoloji şəraitində çoxlaylı neft yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamik kompleksinin yaradılması və tətbiqi mövzusunda elmi işlərinə görə Qubkin adına mükafata layiq görülüb.
  • 1996-cı ildə ABŞ Bioqrafiya İnstitutunun Araşdırmalar Assosiasiyası tərəfindən “İlin Adamı” fəxri adına və “Qızıl Val” mükafatına layiq görülüb.