Nurəhməd Əfəndiyev
Nurəhməd Əfəndiyev (1920–1995) — tanınmış həkim-cərrah, tibb elmləri namizədi, Bakı şəhər 4 №-li Klinik Xəstəxanasının cərrahiyə şöbəsinin müdiri.
Nurəhməd Əfəndiyev | |
---|---|
Əfəndiyev Nurəhməd Fəttah oğlu | |
![]() | |
Nurəhməd Əfəndiyev. | |
Doğum tarixi | 20 mart 1920 |
Doğum yeri |
Nuxa (indiki Şəki), Nuxa qəzası, ![]() |
Vəfat tarixi | 1 noyabr 1995 (75 yaşında) |
Vəfat yeri |
Bakı, ![]() |
Dəfn yeri | Çöl qəbiristanlıq, Şəki |
Təhsili | Azərbaycan Tibb İnstitutu |
Haqqında məlumatlarRedaktə
20 mart 1920-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
Azərbaycan Tibb İnstitutunu bitirib.
Hərbi xidmətdəRedaktə
10 sentyabr 1941-ci il tarixdə Bakı Şəhər Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib. 3-cü dərəcəli hərbi həkim kimi Böyük Vətən müharibəsində iştirak edib, sanitar rotanın komandiri olub.
24 iyun 1942-cı il tarixdə itkin düşüb (əslində almanlara əsir düşüb).
Əmək fəaliyyətiRedaktə
1955-ci ildən Bakı şəhər 4 №-li Klinik Xəstəxanasının cərrahiyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyətiRedaktə
Tibb elmləri namizədi idi.
VəfatıRedaktə
1 noyabr 1995-ci il tarixdə – 75 yaşında, Bakıda vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.
ƏdəbiyyatRedaktə
- Эфендиев Нурахмед Фатахович : [arx. 11.02.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 11.02.2022.
- Эфендиев Нурахмед Фотахович : [arx. 11.02.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 11.02.2022.
- Mete Ə. Bəli mən şəkiliyəm... // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 486-487. — 500 nüsx.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |