Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Orxan Lətifzadə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:46, 1 fevral 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Orxan Lətifzadə
Lətifzadə Orxan
Orxan Lətifzadə
Orxan Lətifzadə, 2018-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 16 iyul 1991 (1991-07-16) (32 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Şəki Musiqi Texnikumu, tar ixtisası, (2006–2010)

 • Bakı Musiqi Akademiyası, bakalavriat, truba ixtisası (2013–2018)
facebook səhifəsi

Orxan Lətifzadə — gənc bəstəkar, trubaçı və tarzən, 2018-ci ildə Rusiya Federasiyasının Novosibirsk şəhərində keçirilmiş XXXI Beynəlxalq Gənc Bəstəkarlar Festivalının laureatı.

Haqqında məlumatlar

16 iyul 1991-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1997 – 2006-cı illərdə Şəki şəhər 5 saylı orta məktəbində,

2001 – 2006-ci illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbində (tar ixtisası),

2006 – 2010-cu illərdə Şəki Musiqi Texnikumunda (tar ixtisası),

2013 – 2018-ci illərdə Bakı Musiqi Akademiyasında (truba ixtisası) təhsil alıb.

Hərbi xidmətdə

2010 – 2012-ci illərdə həqiqi hərbi xidmətdə olub (orkestr bölüyündə xidmət edib).

Musiqi fəaliyyəti

2016-cı ildə Şəki Musiqi Kollecində,

2017-ci ildə Əmircan qəsəbə 3 saylı Uşaq Musiqi Məktəbində əsərlərindən ibarət solo konserti olub.

2017-ci ildə Şəki şəhər Nakam adına Mərkəzi Kitabxanada bəstələrinin təqdimatı keçirilib.

Təltif və mükafatları

  • Azərbaycan Dövlət Akademik Filarmoniyasının Diplomu – “Gəncələrə dəstək layihəsi” çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə

həsr olunmuş konsert proqramında uğurlu iştirakına görə (24.05.2018);

  • XXXI Beynəlxalq Gənc Bəstəkarlar Festivalının II dərəcəli Diplomu (Novosibirsk, Rusiya Federasiyası; 2018).

Ədəbiyyat

  1. Həvəskar bəstəkar Orxan Lətifzadənin bəstələrinin təqdimatı : [arx. 31.01.2022]. — 2017. — 11 mart. — Müraciət tarixi: 31.01.2022.
  2. "Efirimizi bayağılıq bürüyüb" : [arx. 31.01.2022] // Sputnik. — 2019. — 7 mart. — Müraciət tarixi: 31.01.2022.

Videolar