Qüdrət Məmmədov
Qüdrət Məmmədov – tanınmış teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışıb.
Haqqında məlumatlar
12 dekabr 1936-cı ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Nuxada yeddinci sinfi bitirib.
1952 – 1957-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində,
1957 – 1964-cü illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1964 – 1973-cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunda əvvəl assistent, sonra isə müəllim işləyib.
1965 – 1970-ci illərdə həm də Gəncə şəhərinin baş rəssamı olub.
1973 – 1975-ci illərdə Şəkidəki Füzuli adına mədəniyyət və istirahət parkının,
1975-ci ildən təqaüdə çıxanadək isə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışıb.
Yaradıcı fəaliyyəti
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işlədiyi uzun illər ərzində 140-dan artıq tamaşaya səhnə tərtibatı verib.
Təltif və mükafatları
“Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı (2002).
Vəfatı
20 fevral 2021-ci il tarixdə – 84 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- https://www.facebook.com/shekiteatr/ (azərb.). Şəki Dövlət Dram Teatrının facebook səhifəsi. 21 Feb 2021 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)