Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Qüdrət Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Qüdrət Məmmədov
Məmmədov Qüdrət Hacıbəy oğlu
Qüdrət Məmmədov
Qüdrət Məmmədov.
Doğum tarixi 12 dekabr 1936(1936-12-12)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 fevral 2021 (84 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2002

Qüdrət MəmmədovAzərbaycan Respublikasının əməkdar rəssamı; uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

12 dekabr 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

Nuxada yeddinci sinfi bitirib.

1952 – 1957-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində,

1957 – 1964-cü illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1964 – 1973-cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunda əvvəl assistent, sonra isə müəllim işləyib.

1965 – 1970-ci illərdə həm də Kirovabad (indiki Gəncə) şəhərinin baş rəssamı olub.

1973 – 1975-ci illərdə Şəkidəki Füzuli adına mədəniyyət və istirahət parkının,

1975-ci ildən təqaüdə çıxanadək isə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışıb.

Yaradıcı fəaliyyəti[redaktə | əsas redaktə]

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işlədiyi uzun illər ərzində 140-dan artıq tamaşaya səhnə tərtibatı verib.

Təltif və mükafatları[redaktə | əsas redaktə]

Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı (2002).

Vəfatı[redaktə | əsas redaktə]

20 fevral 2021-ci il tarixdə – 84 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[redaktə | əsas redaktə]

  • https://www.facebook.com/shekiteatr/ (azərb.). Şəki Dövlət Dram Teatrının facebook səhifəsi. 21 Feb 2021 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)