Qavriil Peçinski (1877–1943) — 1894 – 1896-cı illərdə Nuxa Üçmüqəddəs kilsəsində zəbur oxuyan (rus.: псаломщик), 1943-cü ildə isə Sevastopol Pokorov kilsəsinin keşişi olmuş pravoslav kilsə xadimi.

Qavriil Peçinski
Peçinski Qavriil Franseviç
(rus.: Печинский Гавриил Францевич)
Qavriil Peçinski
Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il.
Anadan olub 5 sentyabr 1877(1877-09-05)
Anadan olduğu yer Krasnıye kolodsı kəndi, Siqnax qəzası, Tiflis quberniyası
Vəfat edib 1943(1943-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (65 yaşında)
Vəfat etdiyi yer Sevastopol
Atası Frans İvanoviç Peçenski

Haqqında məlumatlar

5 sentyabr (24 avqust) 1877-ci il tarixdə Siqnax qəzasının (Tiflis quberniyası) Krasnıye Kolodsı kəndində anadan olub. Atası Frans İvanoviç Peçenski milliyyətcə polyak idi və rus hərbi hissəsində əsgər kimi 29 il xidmət edib. Anası Siqnax şəhərinin sakini fəhlə Ovanesovun qızı idi. Ailədə 7 bacı, 7 qardaş olublar və ən kiçiyi Qavriil Peçinski idi. Qavriil Peçinski 10 yaşında – 1888-cı ildə, Tiflis Ruhani məktəbində təhsil almağa başlayıb. 1894-cü ildə həmin məktəbi bitirdikdən sonra 1896-cı ilin sentyabr ayına qədər Nuxa Üçmüqəddəs kilsəsinində zəbur oxuyan vəzifəsidə çalışıb. Sonra Şimali Qafqaza gedib, 1918-ci ilədək orada müxtəlif yerlərdə, müxtəlif kiçik vəzifələrdə çalışıb. 1918-ci ildə Krıma köçüb, 1928-cı ildək burada da yenə müxtəlif yerlərdə, müxtəlif kiçik vəzifələrdə – əsasən mühasibat sahəsi üzrə vəzifələrdə çalışıb. 1929-ci ildə kilsə ilə əlaqələrinə görə “din təbliğatı” ittihamı ilə 6 aylıq həbs cəzasına məhkum edilib[1]. 1943-cü ildə – Krımın alman işğalı altında olduğu dövrdə, Qavriil Peçinski Sevastopol Pokorov kilsəsinin keşişi idi. Almanlar onu tutub işgəncə verdikdən bir neçə gün sonra 65 yaşında Sevastopolda vəfat edib[2].

İstinadlar

Ədəbiyyat

  1. Андрей, Валякин Топловская Свято-Параскевская обитель (rus.). Симферополь. Главное управление СБУ в АР Крым: crimea-eparhia.ru (2011). Arxivləşdirilib (23 aprel 2019).
  2. Русская Православная Церковь в Крыму в 1941-1945 гг.: между свастикой и звездой (rus.). rys-strategia.ru (2019). Arxivləşdirilib (25 sentyabr 2019).