Qiymət Məhərrəmli

Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:20, 2 dekabr 2020 tarixli dəyişiklik

Qiymət Məhərrəmli (az.: Qiymət Məmmədiyə qızı Məhərrəmova‎; d.2 dekabr, 1963; Şəki, Vərəzət k.) — şair, publisist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1996).

Qiymət Məhərrəmli
Məhərrəmli Qiymət Məmmədiyə qızı
Qiymət Məhərrəmli
Doğum tarixi 2 dekabr 1963 (1963-12-02) (60 yaş)
Doğum yeri Vərəzət, Vartaşen rayonu[qeyd 1], Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsi
Fəaliyyəti publisist
Mükafatları "Məhsəti Gəncəvi" mükafatı

Haqqında məlumatlar

2 dekabr 1963-cü il tarixdə Vartaşen rayonunun[qeyd 1] Vərəzət kəndində anadan olub.

Bakı Məktəbəqədər Pedaqoji Texnikumunu Fərqlənmə diplomu ilə bitirib (1993-1995). Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin bakalavr pilləsi (1995-2000) və magistr dərəcəsi üzrə (2000-2002) məzunudur. “Maarifçi” qəzetində şöbə müdiri, baş redaktor vəzifələrini icra edib (1998-2001). 2001-ci il sentyabrın 24-də AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlayıb, böyük laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 2007-ci ildə “Şahin Fazil “Divan”ı və klassik ədəbi ənənələr” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, “Filologiya üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb. 2014-cü il noyabr ayının 3-dək Əlyazmalar İnstitutunda işləyən Qiymət Məhərrəmli, həmin tarixdən etibarən AMEA Folklor İnstitutunun “Güney Azərbaycan folkloru” şöbəsində böyük elmi işçi vəzifəsində çalışmağa başlayıb. 1998-ci ildən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, 2008-ci ildən “Elimiz.Günümüz” adlı elmi-ədəbi, mədəni-kütləvi müstəqil qəzetin təsisçisi və baş redaktoru, 2015-ci ildə nəşrə başlayan “Yurd yaddaşı” adlı Türkoloji jurnalın redaktorudur. Elmi, publisistik məqalələri, şeirləri müxtəlif xarici ölkə elmi və ədəbi dərgilərində, yerli jurnal və qəzetlərdə müntəzəm olaraq dərc olunur. Türkiyə, İran və Gürcüstanda, eyni zamanda ölkəmizdə keçirilən müxtəlif elmi konfrans və simpoziumlarda elmi məruzələrlə müntəzəm olaraq çıxışlar edir. Xaqani və Şirvan. Beynəlxalq Xaqanişünaslıq konfransı. İran İslam Respublikası, Urmiya Universiteti, 2005 (23-25 may); Azerbaycan şiirinde millilik ve evrensellik. Türkçenin 8.Uluslararası Şiir Şöleni. Türk Dünyası Şiir Güldestesi, Türkiye Yazarlar Birliği Yayınları. Bakü, 2009 (29 Ekim-1 Kasım); Poeziyamızın Nizami Gəncəvi möcüzəsi. Meydan (Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin orqanı, elmi-ədəbi, ictimai-publisistik dərgi), 6(11) Tbilisi, 2011; Çıldırlı Aşık Şenlik “Divan”ına bir bakış. Uluslararası Aşık Şenlik Sempozyumu, Kafkas Üniversitesi – Kars İl Kültür ve Turizm Müdürlüğü, 25-27 Mart, 2012, Kars. Kafkas Üniversitesi Türk Halkbilimi Uygulama ve Araştırma Merkezi Yayınları: 5; Valeh Hacılar fenomeni və əbədiyaşarlıq. Uluslararası "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası" mövzusunda elmi simpoziumun materialları, Tbilisi, Gürcüstan, 18-21 aprel 2012-ci il. Bakı, «Elm və təhsil», 2012; Bəxtiyar Vahabzadə poeziyası və milli-mənəvi dəyərlərimiz. I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumunun materialları, Bakı, Qafqaz Universiteti, 13-15 dekabr, 2012; “Koroğlu” dastanının tariximizdə, ədəbiyyatımızda, mədəniyyətimizdə və məişətimizdə yeri. “Marka şehir Bolu ve I Uluslararası Köroğlu Festivalı”, 27-29 Ekim, 2013, Bolu, Türkiye; “Koroğlu” dastanındakı qadın surətləri və onlara verilən dəyər. “V Uluslararası Bolu Tarihi, Kültürü və Koroğlu” simpoziumu, 26-28 Eylül, 2014, Bolu, Türkiye... “Hüseyn Cavid əsərlərində qadın və sevgi”, “Şəki folklorunun Azərbaycan mədəniyyətində yeri”, “Hafiz Əfəndi kimdir, yaxud Tanrı öz möcüzələrinin açarını hər kəsə etibar etmir” və sair elmi məqalələri elmi nəşrlərdə dərc olunmuşdur. Azərbaycan dilində 7 şeir kitabı (altısı Bakıda, biri Sankt-Peterburqda), rus dilində (Gürcüstanda) və İranda fars əlifbası ilə şeir kitabları, eyni zamanda bir elmi monoqrafiyası nəşr edilmişdir. Ailəlidir, 3 oğlu var.



Qeydlər

  1. 1,0 1,1 1963-cü ilin mart ayında Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.


İstinadlar






1963-cü ildə dekabrın 2-də Azərbaycanda Şəki rayonunun Vərəzət kəndində anadan olub. Burada Baş Zəyzid kənd orta məktəbini bitirdikdən sonra ailəlikcə Bakıya köçmüş, 1989-1992-ci ildə 222 saylı uşaq bağçasında tərbiyəçi, 1992-ci ildə istehsalat texniki komplektləşmə idarəsində mühasib, 1993-cü ildə isə təmir-tikinti sahəsində hesabdar işlənmişdir. 1993-1995-ci illərdə Bakı məktəbəqədər Pedaqoji Texnikumunda təhsil almış Qiymət xanım eyni zamanda Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin axşam şöbəsini bitirib 1995-2000-ci illərdə BDU-nun magistraturasına daxil olmuşdu. Burada 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Fəaliyyəti

1998-ci ildə "Maarifçi" qəzetində eLm, təhsil, mədəniyyət şöbəsinin müdiri, iki ildən sonra baş redaktoru olmuşdur. Hazırda AMEA Əlyazmalar İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. 2009-cu ildən "Elimiz günümüz" qəzetinin təsisçisi vəbaş redaktorudur. Xarici ölkələrdə Beynəlxalq ədəbi məclislərdə iştirak etmiş Qiymət Məhərrəmova "Məhsəti Gəncəvi" mükafatına, fəxri fərmanlara layiq görülmüşdür. Bədii yaradıcılığa erkən başlayan şair ilk şeirlərini 80-çi illərdən qəzet və jurnallarda çap etdirir. "Ürəyimdən nələr keçir" ilk şeirlər kitabı 1996-cı ildə nəşr olunmuşdur.

Əsərləri

  • "Ürəyimdən nələr keçir" (1996);
  • "Qərib durna" (1999);
  • "Ana səndə doymadım" (2001);
  • "İşığa sarı" (2004);
  • "Şahin Fazil "Divan"ı və klassik ənənələr" (2007);
  • "Hardasan, Göy adamı" (2008).

Ədəbiyyat

  • Məmmədov Ə., Xalıqov F. Məhərrəmli Qiymət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 365 – 366. — 1.000 nüsx.
  • "Məhərrəmli Qiymət Məmmədiyə qızı, filologiya üzrə fəlsəfə doktoru". http://www.folklor.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. 9 Jul 2018 – 7 Feb 2020 tarixində arxivləşdirilib.
  • "Folklor İnstitutunun fəlsəfə doktorları/Məhərrəmli Qiymət Məmmədiyə qızı". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 14 Apr 2018 – 26 Oct 2020 tarixində arxivləşdirilib.
  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; “Nurlar”, Bakı - 2011.