Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Qiymət Məhərrəmli

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:02, 2 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Qiymət Məhərrəmli
Məhərrəmli Qiymət Məmmədiyə qızı
Qiymət Məhərrəmli
Doğum tarixi 2 dekabr 1963(1963-12-02)
Doğum yeri Şəki rayonu, Vərəzət
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsi
Fəaliyyəti publisist
Mükafatları "Məhsəti Gəncəvi" mükafatı

Qiymət Məhərrəmli (az.: Qiymət Məmmədiyə qızı Məhərrəmova‎; d.2 dekabr, 1963; Şəki, Vərəzət k.) — şair, publisist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1996).

Həyatı

1963-cü ildə dekabrın 2-də Azərbaycanda Şəki rayonunun Vərəzət kəndində anadan olub. Burada Baş Zəyzid kənd orta məktəbini bitirdikdən sonra ailəlikcə Bakıya köçmüş, 1989-1992-ci ildə 222 saylı uşaq bağçasında tərbiyəçi, 1992-ci ildə istehsalat texniki komplektləşmə idarəsində mühasib, 1993-cü ildə isə təmir-tikinti sahəsində hesabdar işlənmişdir. 1993-1995-ci illərdə Bakı məktəbəqədər Pedaqoji Texnikumunda təhsil almış Qiymət xanım eyni zamanda Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin axşam şöbəsini bitirib 1995-2000-ci illərdə BDU-nun magistraturasına daxil olmuşdu. Burada 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Fəaliyyəti

1998-ci ildə "Maarifçi" qəzetində eLm, təhsil, mədəniyyət şöbəsinin müdiri, iki ildən sonra baş redaktoru olmuşdur. Hazırda AMEA Əlyazmalar İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. 2009-cu ildən "Elimiz günümüz" qəzetinin təsisçisi vəbaş redaktorudur. Xarici ölkələrdə Beynəlxalq ədəbi məclislərdə iştirak etmiş Qiymət Məhərrəmova "Məhsəti Gəncəvi" mükafatına, fəxri fərmanlara layiq görülmüşdür. Bədii yaradıcılığa erkən başlayan şair ilk şeirlərini 80-çi illərdən qəzet və jurnallarda çap etdirir. "Ürəyimdən nələr keçir" ilk şeirlər kitabı 1996-cı ildə nəşr olunmuşdur.

Əsərləri

  • "Ürəyimdən nələr keçir" (1996);
  • "Qərib durna" (1999);
  • "Ana səndə doymadım" (2001);
  • "İşığa sarı" (2004);
  • "Şahin Fazil "Divan"ı və klassik ənənələr" (2007);
  • "Hardasan, Göy adamı" (2008).

Ədəbiyyat

  • Məmmədov Ə., Xalıqov F. Məhərrəmli Qiymət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 365 – 366. — 1.000 nüsx.
  • "Məhərrəmli Qiymət Məmmədiyə qızı, filologiya üzrə fəlsəfə doktoru". http://www.folklor.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. 9 Jul 2018 – 7 Feb 2020 tarixində arxivləşdirilib.
  • "Folklor İnstitutunun fəlsəfə doktorları/Məhərrəmli Qiymət Məmmədiyə qızı". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 14 Apr 2018 – 26 Oct 2020 tarixində arxivləşdirilib.
  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; “Nurlar”, Bakı - 2011.