Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Qurban Məsimov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 3: Sətir 3:
 
|Adı              = Qurban Məsimov
 
|Adı              = Qurban Məsimov
 
|Orijinal adı    =  
 
|Orijinal adı    =  
|Şəkil            = Qurban Məsimov.jpg
+
|Şəkil            = Qurban_Məsimov2.jpg
|Şəkil miqyası    = 200px
+
|Şəkil miqyası    =
 
|Şəkil məlumat    =  
 
|Şəkil məlumat    =  
 
|İlk adı          = Qurban Abdulla oğlu Məsimov
 
|İlk adı          = Qurban Abdulla oğlu Məsimov

20:04, 25 yanvar 2021 versiyası

Qurban Məsimov
Qurban Məsimov
İlk adı Qurban Abdulla oğlu Məsimov
Doğum tarixi 26 yanvar 1971 (1971-01-26) (53 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Peşəsi aktyor
IMDb ID 3108239

Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən). Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019)[1]

Həyatı

Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir.

1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000-2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Hazırda isə Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısıdır. Həmçinin klounada janrında da yaradıcılıq təcrübələri vardır. Səhnə təxəllüsü Kloun Appadır. (2013)Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü,2013-cü ildən Abdulla Şaiq adina Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışır.(2014)UNİMA -Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvü.

30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6]10 may 2019-cu ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" milli mükafatı laureatı-2019

Quruluş verdiyi tamaşalar

  1. Kimdir Müqəssir?(A.Haqverdiyev)
  2. Muğam Trio-Dizlər(Qurban Məsimov)
  3. Nərdivan(Qurban Məsimov)
  4. Cırtdan ve Göyçək Fatmanın yeni il sərgüzəştləri(Qurban Məsimov)
  5. Çanta- trio və... (Qurban Məsimov)
  6. Tıq-tıq və Taq-taqın nağılı(Abdulla Şaiqin Tiq-tiq xanım nağılının motivləri əsasında)
  7. Ağ babanın nağılı (Qurban Məsimov "Qoca və şir" azərbaycan xalq nağılının motivləri əsasında)
  8. Tilsimli meşə(Qurban Məsimov)
  9. Melodiya(Qurban Məsimov)
  10. Zəng(Qurban Məsimov)
  11. Qırmızı papaq (Şarl Perro)
  12. Turp (Qurban Məsimov)(eyniadlı rus xalq nağılı əsasında)
  13. Cırtdan (M.Seyidzadə)
  14. Tri xrabretsa (M.Seyidzade)rus dilində
  15. Kəloğlan (Qurban Məsimov)
  16. Bizim Don Kixot (Rəhman Əlizadə)

Səhnə tərtibatı verdiyi tamaşalar

  1. Kimdir Müqəssir? Əbdürrəhimbəy Haqverdiyev
  2. Uçuş. Şeyx Əttar
  3. Ümid. S. Bekket
  4. Manqurt. Çingiz Aytmatov
  5. Şəngül, Şüngül, Məngül. M. Musabəyov
  6. Şərqə Səyahət. Bəxtiyar Xanızadə
  7. Dulusçu. Üzeyir Hacıbəyov
  8. Zibillik pərvanələri. Bəxtiyar Xanızadə
  9. Eşq. Bəxtiyar Xanızadə
  10. Balaca Şahzadə. Antuan de Sent-Ekzüperi
  11. Maska. Z. Zeynalov
  12. İnsan. Alber Kamyu
  13. Kölgə. Bəxtiyar Xanızadə
  14. Korlar. A. Məmmədov
  15. Foto Bahar. Üzel Arabul
  16. Kesa və Morito. Ryunosuke Akutaqava
  17. Qaraca qiz.(S.S.Axundov,A.Şaiq)
  18. Cırtdan və Göyçək Fatmanın yeni il sərgüzəştləri(Qurban Məsimov)
  19. Çanta- trio və... (Qurban Məsimov)

Teatrdakı rolları

  1. Şar və Nasos- Nasos. Bəxtiyar Xanızadə
  2. Nağaraçılar-Dikbaş
  3. Kvaksafon-İntelligent qurbağa
  4. Şərqə Səyahət-Məşuq, Oğru, 1-ci badam. Bəxtiyar Xanızadə
  5. Kimdir Müqəssir?-Mələk, Bəy. Əbdürrəhimbəy Haqverdiyev
  6. Şəngül, Şüngül, Məngül-2-ci Aparıcı, Div, Qazı. M. Musabəyov
  7. Uçuş-3-cü Saliq. Şeyx Əttar
  8. Zibillik Pərvanələri-Ölüm, Solist skripkaçı. Bəxtiyar Xanızadə
  9. Dulusçu-2-ci Gürcü. Üzeyir Hacıbəyov
  10. Eşq-Ulduz. Bəxtiyar Xanızadə
  11. Balaca Şahzadə-Təyyarəçi. A. Ekzüperi
  12. Kesa və Morito-Morito. R. Akutaqava
  13. İnsan-Şef, Müstəntiq, Prokuror. A. Kamyu
  14. Kölgə-Musiqiçi. Bəxtiyar Xanızadə
  15. Korlar-1-ci Kor. A. Məmmədov
  16. Foto Bahar-Fotoqraf. Üzel Arabul
  17. Kesa və Morito..-Morito.Ryunosuke Akutaqava
  18. Tıq-tıq və Taq-taq (A.Şaiqin "Tıq-tıq xanım nağılı"-nın motivleri əsasında)-Çoban,Siçan

Filmoqrafiya

  1. Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (AzTV)
  2. Nigarançılıq (film, 1998) - Şəkili qulluqçu (tammetrajlı film-tamaşa) (TV)
  3. Yaşıl eynəkli adam-2 (film, 1999) - Xoreoqraf (tammetrajlı bədii film) (TV)
  4. Nəm-Nəm (2000) - Nəm-Nəm (televiziya verilişi) (ABA TV)
  5. Nekroloq (film, 2001) - Məcid (tammetrajlı bədii film) (TV)
  6. Salur Qazanın evi talandığı boy (film, 2001)
  7. Ovsunçu (film, 2002) - sirk artisti (tammetrajlı bədii film)
  8. Yaşıl eynəkli adam-3 (film, 2002) - Elman Telmanoviç (tammetrajlı bədii film) (TV)
  9. Bir anın həqiqəti (film, 2003) - Rauf (çoxseriyalı bədii film)
  10. Dəvətnamə (film, 2003) - Bəstəkar (tammetrajlı bədii film) (TV)
  11. Manqurt (film, 2003)
  12. Mətbəxdə şou-nəm-nəm (film, 2003) - Nəm-Nəm (televiziya verilişi) (Lider TV)
  13. Kişiləri qoruyun (film, 2006)
  14. Bəylik dərsi (film, 2007) - Məzhəkəçi (tammetrajlı televiziya tamaşası) (TV)
  15. Cavid ömrü (film, 2007) - Mikayıl Müşfiq (tammetrajlı bədii film)
  16. Gülməşəkər (veriliş, 2007) - Nəm-Nəm (televiziya verilişi) (AzTV)
  17. Arzular – Araz (İran)
  18. Arzular Aləminə Səyahət – Kloun Appa (elmi-tədris filmi)
  19. Xəzər gəlini – Abbas (Almaniya-Azərbaycan)
  20. İtkin Pay – Ruhiddin (İran)[8]
  21. Qraf Krestovski – Tayr (NTV-Rusiya)
  22. Təklif – 2-ci Dələduz (film-tamaşa) (TV)
  23. Səkkizinci səma – Qurban (İran) 2010
  24. Aramızda qalsın (film, 2011-2013) (bədii serial) (Xəzər TV) - Mehman
  25. Bədirlenməmiş ay - Mikayıl Müşviq (televiziya filmi 2011) AzTV
  26. Mirzə Ələkbər Sabir - Abbas Səhət (televiziya filmi 2012) AzTV
  27. Oğlan evi: Azərbaycansayağı qarət (film, 2015)-Kapitan Rzayev(rejissor İlham Qasımov )bədii film 2016
  28. Oğlan evi 2 (film, 2016) -Kapitan Rzayev(rejissor İlham Qasımov )bədii film 2016
  29. Milionluq quş (2017)- Otel sahibi kinokomediya 2017(Türkiyə)

İstinadlar

  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı" (azərb.). president.az. 2019-05-25. 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
  2. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  3. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  4. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  5. President.Az (01.05.2017). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2017-05-02.
  6. President.Az (09.05.2018). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2018-05-10.
  7. President.Az (10.05.2019). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2019-05-10.
  8. "Cinema Stop-Kadr: İtirilmiş pay". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 58.

Xarici keçidlər