Rövzət Dəmirçizadə

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:34, 30 dekabr 2020 tarixli dəyişiklik

Rövzət Dəmirçizadə (d. 3 yanvar 1939-cu ildə; Nuxa, Azərbaycan SSR, SSRİ – ö. 15 aprel 2010-ci ildə; Bakı, Azərbaycan Respublikası) – şair, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Rövzət Dəmirçizadə
Dəmirçizadə Rövzət Əzəl oğlu
Rövzət Dəmirçizadə
Rövzət Dəmirçizadə.
Doğum tarixi 3 yanvar 1939(1939-01-03)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 15 aprel 2010 (71 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Əbdüləzəl Dəmirçizadə
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya fakültəsi
Fəaliyyəti şair

Haqqında məlumatlar

3 yanvar 1939-cu il tarixdə Nuxada anadan olub.

Rövzət Dəmirçizadə məşhur dilçi alim, professor Əbdüləzəl Dəmirçizadənin qardaşı oğlu idi. Lakin Əbdüləzəl Dəmirçizadə onu rəsmən oğulluğa götürmüşdü.

Rövzət Dəmirçizadə 20 yaşında olarkən, bədbəxt hadisə nəticəsində şikəst olmuşdu və bundan sonra ancaq əlil arabası ilə hərəkət edirdi. Buna baxmayaraq, o, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində müvəffəqiyyətlə təhsil almış, 1980-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir.

15 aprel 2010-cu il tarixdə Bakıda vəfat edib[1].

Yaradıcılığı

İlk şeirlər kitabı 1968-ci ildə, səkkizinci və sonuncu kitabı isə 2008-ci ildə nəşr olunub.

Şəkidə nəşr olunan "Şəki fəhləsi", "İpəkçi" və "Şəkinin səsi" qəzetlərində müxtəlif vaxtlarda Rovzətin onlarla şeiri dərc edilib.

Kitabları

  1. Qatarda (1968);
  2. Tut ağacım (1971);
  3. Səhər duyğuları (1974);
  4. Səslər (1978);
  5. Çörək ətri (1981);
  6. Ürəyimdə yaşayanlar (1986);
  7. Arzu gülü (1990);
  8. Dünyaya və özümə bir baxış (2008).

İstinadlar

Xarici keçidlər