Əbdüləzəl Dəmirçizadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Əbdüləzəl Dəmirçizadə
Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu
Əbdüləzəl Dəmirçizadə
Əbdüləzəl Dəmirçizadə.
Doğum tarixi 8 iyul 1909(1909-07-08)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 10 aprel 1979 (69 yaşında)
İş yeri V.İ.Lenin adına Azər­baycan Pedaqoji İnsti­tutu, Azər­baycan dilçiliyi kafed­rası (müdir)
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili

 • Nuxa Müəllimlər Se­mi­nariyası (2-ci kursdan, 1925–1927)  • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, peda­qoji fakültə­ (1929–1932)

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, aspirantura (1933–1937)
Evladı Rövzət Dəmirçizadə
Üzvlüyü Azərbaycan SSR EA-nın müxbir üz­vü
Mükafatları “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı — 1973Azərbaycan SSR Dövlət mükafatı — 1974
"Qırmızı Əmək Bayrağı" ordeni

Əbdüləzəl Dəmirçizadə (1909–1979) — filologiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR EA-nın müxbir üz­vü, V.İ.Lenin adına Azər­baycan Pedaqoji İnsti­tutunun Azər­baycan dilçiliyi kafed­rasının müdiri. Azərbaycan dilçiliyində azərbaycan dilinin tarixi sahəsinin banisi, ayrı-ayrı yazılı abidələrin və yazıçıların əsərlərinin tədqiqatçısı olub. Elmi kadrların hazırlanmasında xidmətləri var. Gəncliyində bədii yaradı­cılığa həvəs göstərmiş, şeir, heka­yə və oçerklər yazmışdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

8 iyul 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1917 – 1922-ci illərdə Nuxadakı “Həqiqətül-maarif” adlanan yeni tipli məktəbdə,

1923 – 1924-cü illərdə Nuxa nümunə-zəhmət məktəbində,

1925 – 1927-ci illərdə Nuxa Müəllimlər Se­mi­nariyasında (2-ci kursdan),

1929 – 1932-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin peda­qoji fakültə­sində,

1933 – 1937-ci illərdə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1925 – 1927-ci illərdə Nuxa şəhər 2 saylı orta mək­tə­bində müəl­lim işləyib.

1940 – 1943-cü illərdə S.M.Kirov adına Azər­baycan Dövlət Universi­tetində,

1943 – 1979-cu illərdə isə V.İ.Lenin adına Azər­baycan Pedaqoji İnsti­tutunda Azər­baycan dilçiliyi kafed­rasının müdiri olub.

İkinci iş yerləri[Vizual/Mobil redaktə | HTML redaktə]

1951 – 1960-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda azərbaycan dilinin tarixi şöbəsinin müdiri olub.

Ədəbi-publisistik fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1925-ci ildə ilk məqaləsi “Yeni Məktəb” məc­muəsində dərc olunub.

1927-ci ildən “Şəki fəhləsi” qəzetinin müxbirlər dərnəyinə rəhbərlik edib.

1929-cu ildən “Dan ulduzu”, “Gənc bolşevik”, “Hücum”, “Şərq qadını” jurnallarında bədii əsərləri çap olunub.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1936-cı ildə “Türk dili” adlı ilk elmi kitabı,

1938-ci ildə “Azər­bay­can ədəbi dili tarixinin xüla­sə­ləri” adlı ikinci elmi kitabı çap olunub.

1940-cı ildə filolo­giya elmləri nami­zə­di elmi dərəcəsini alıb.

1944-cü ildə “Azərbaycan di­linin ta­rixi (qədim dövr)” mövzusunda dok­tor­luq disser­ta­siyasını müdafiə edib.

1945-ci il­də professor elmi adını alıb.

1955-ci il­də Azərbaycan SSR EA-nın müxbir üz­vü seçil­ib.

1956 – 1976-cı illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Terminologiya Komitəsinin sədr müavini olub.

20-dən çox ki­tabın, 200-dən artıq elmi və elmi-me­to­dik məqa­lənin müəllifidir.

50-dən çox elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

10 aprel 1979-cu il tarixdə – 69 yaşında, Bakıda vəfat edib. Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.

Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Bakıda bir küçəyə adı verilib.

Bakıda vaxtilə yaşadığı evin divarına memorial lövhə vurulub.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1979. — III  cild. — Səhifələrin sayı:  628. — Səh.: 406. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Dəmirçizadə Əbdüləzəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 103-106. — 1.000 nüsx.
  3. Mete Ə. Ana dili başqa dillərin açarıdır, azərbaycan dilinin qüdrətli alimi // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 182-185. — 500 nüsx.
  4. Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI  c. — Səh. 557. — ISBN 978-9952-441-11-6.
  5. "Vəfat etmiş müxbir üzvlər/Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyas. 18 Sep 2018 – 17 Jan 2021 tarixində arxivləşdirilib.