Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rövzət Dəmirçizadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:11, 16 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rövzət
Rövzət Əzəl oğlu Dəmirçizadə
Rövzət
Doğum tarixi 3 yanvar 1939(1939-01-03)
Doğum yeri Nuxa, Azərbaycan SSR
Vəfatı 15 aprel 2010 (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Atası prof. Əbdüləzəl Dəmirçizadə
Təhsili Ali
Fəaliyyəti şair

Rövzət Dəmirçizadə (d. 3 yanvar 1939, Nuxa (indiki Şəki şəhəri) – ö. 15 aprel 2010, Bakı) — şair, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Həyatı

Rövzət Dəmirçizadə məşhur dilçi alim, professor Əbdüləzəl Dəmirçizadənin qardaşı oğlu idi. Lakin Əbdüləzəl Dəmirçizadə onu rəsmən oğulluğa götürmüşdü.

Rövzət Dəmirçizadə 20 yaşında olarkən, bədbəxt hadisə nəticəsində şikəst olmuşdu və bundan sonra ancaq əlil arabası ilə hərəkət edirdi. Buna baxmayaraq, o, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində müvəffəqiyyətlə təhsil almış, 1980-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir.

2010-cu ildə Bakıda vəfat etmişdir.[1]

Yaradıcılığı

İlk şeirlər kitabı 1968-ci ildə, səkkizinci və sonuncu kitabı isə 2008-ci ildə nəşr olunub.

Şəkidə nəşr olunan "Şəki fəhləsi", "İpəkçi" və "Şəkinin səsi" qəzetlərində müxtəlif vaxtlarda Rovzətin onlarla şeiri dərc edilib.

Kitabları

  1. Qatarda (1968);
  2. Tut ağacım (1971);
  3. Səhər duyğuları (1974);
  4. Səslər (1978);
  5. Çörək ətri (1981);
  6. Ürəyimdə yaşayanlar (1986);
  7. Arzu gülü (1990);
  8. Dünyaya və özümə bir baxış (2008).

İstinadlar

Xarici keçidlər