Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Rüstəm xan Xoyski" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 75: Sətir 75:
  
 
=== Məhkumluğu ===
 
=== Məhkumluğu ===
1920-ci ilin iyunun 5-də Nardaran kəndində olarkən Fövqəladə Komitə tərəfindən həbs edilmiş 1920-ci ilin 31 avqustuna qədər həbsxanada saxlanılmışdır.  
+
1920-ci ilin iyunun 5-də Nardaran kəndində olarkən, Fövqəladə Komitə tərəfindən həbs edilib; 1920-ci ilin 31 avqustuna qədər həbsxanada saxlanılmış, sonra isə sürgünə göndərilmişdir. Həbsdə olarkən, anası Şəhrəbanı oğlunu xilas etmək üçün Hərbi
 +
İnqilab Komitəsinin sədri Nəriman Nərimanova ərizə ilə müraciət ebib, lakin Nəriman Nərimanov bu ərizəyə qəti cavab verməyib.
 +
 
 
===Vəfatı===
 
===Vəfatı===
 
1939-cu ildə Moskvada vəfat edib; Novodeviçye qəbiristanlığında, qaynı – mühəndis İ.İ.Yutkeviçin qəbrinin yanında dəfn olunub.
 
1939-cu ildə Moskvada vəfat edib; Novodeviçye qəbiristanlığında, qaynı – mühəndis İ.İ.Yutkeviçin qəbrinin yanında dəfn olunub.
  
Sovet dönəminin ilk illərində Xoyski bir müddət mühüm vəzifədə çalışıb. M.Əliyev onun
+
==İstifadə edilmiş mənbə==
Azərbaycan Dövlət Plan Komitəsində hüquq məsləhətçisi işlədiyini yazıb.
 
Mövsüm bəydən sonra Rüstəm xan haqqında ən dəyərli araşdırmanı Cümhuriyyət
 
tariximizin görkəmli tədqiqatçısı prof. Nəsiman Yaqublu aparıb. Onun “Rüstəm xan Xoyski” adlı
 
qiymətli yazısında oxuyuruq:
 
“Azərbaycanın 1920-ci ilin aprelin 27-də sovet rejimi tərəfindən işğalından sonra R.Xoyski bir
 
müddət sosial təminat komissarının müavini işlədi. O, bu vəzifədə mayın 15-nə, yəni Sosial
 
Təminat Komissarlığı Əmək Komissarlığı ilə birləşənə qədər çalışdı. O, sonradan bu işdən
 
uzaqlaşdırıldı və N.Nərimanova müraciət etsə də işlə təmin olunmadı.
 
R.Xoyski 1920-ci ilin iyunun 5-də Nardaran kəndində olarkən həbs edildi.
 
R.Xoyski həbs olunanda anası Şəhrəbanı xanım yeganə sağ qalan oğlunu xilas etmək üçün Hərbi
 
İnqilab Komitəsinin sədri N.Nərimanova xahiş ərizəsi yazdı. O, bu ərizəni yazanda böyük oğlu,
 
Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri F.x.Xoyski öldürülmüş, digər oğlu Hüseynqulu
 
xan isə (o, Gəncənin qubernator müavini olmuşdu) Gəncə üsyanına rəhbərlik edənlər sırasında
 
olduğuna görə Türkiyəyə getmək məcburiyyətində qalmışdır.
 
Şəhrəbanı xanımın üçüncü oğlunu bolşevik güllələnməsindən xilas etmək üçün N.Nərimanova
 
yazdığı ərizədə çox təsirli sözlər vardı: “Mənim oğlum Rüstəm artıq beş aydır ki, Azərbaycan
 
Fövqəladə Komitəsi tərəfindən həbs edilib və indiyə qədər həbsdədir... [...] Mən əminəm ki,
 
bədbəxt ağbirçək ananın xahişi Sizin tərəfinizdən cavabsız qalmayacaq...”.
 
N.Nərimanov isə ərizəyə qəti cavab verə bilməyib...
 
R.Xoyski 1920-ci ilin 31 avqustuna qədər həbsxanada saxlanıldı”.
 
Xoyskinin FK yanında girov kimi saxlanılması haqqında Azərb. FK-nın 1920-ci il 21 avqust
 
tarixli qərarına işıq salan N.Yaqublu bu cümləni işlədib ki, R.Xoyski həbsdən sürgünə göndərildi
 
və sonradan Moskvaya getdi.
 
Xoyskinin Moskvaya getməsi və ölümü tarixi mübahisəlidir. Belə ki, M.Əliyev adıkeçən
 
məqaləsində yazıb:
 
“1920-ci ilin axırında Moskvaya köçən R.Xoyski burada ailə həyatı qurmuş və müxtəlif dövlət
 
idarələrində çalışmışdır”.
 
Xoyskinin Moskvaya köçməsi və orada işləməsi etiraz doğurmayan gerçəklikdir, ancaq bu
 
tarixin 1920-ci ilin sonu olmadığını deməyə əsasımız var. Bu əsası bizə Xoyskinin əlimizdəki
 
Azərbaycan İctimai Şura Cümhuriyyəti Ali İqtisad Şurası (AİŞ) katibi kimi imzalayaraq
 
Azərbaycan KP MK Rəyasət Heyətinin katibi Pavlova ünvanladığı 25 may 1924-cü il tarixli 23
 
saylı tam məxfi məktub verir. O, həmin məktubla birgə AİŞ sədrinin müavini D.Bünyadzadənin
 
göstərişinə əsasən Azərbaycan Xalq Komissarları Şurası (XKŞ) Özəl Komissiyasının 1, 2, 3 və
 
4 saylı iclaslarının protokollarının surətini Pavlova göndərib. Deməli, Rüstəm xan ən azından
 
1924-cü ildə Bakıda idi və mühüm vəzifədə çalışırdı.
 
Pavlova məktubda diqqəti çəkən bir də budur ki, XKŞ Özəl Komissiyasının iclaslarında da
 
katibliyi Rüstəm xan edib; deməli, o yalnız AİŞ-da deyil, həm də XKŞ-da katib işləyirmiş.
 
M.Əliyev “Rüstəm xan Xoyski” məqaləsində qeyd edib ki, o, “1948-ci ildə Moskvada vəfat
 
etmiş və sonralar dövlət tərəfindən fəxri qəbiristanlığa çevrilən Novodeviçye qəbiristanlığında
 
dəfn olunmuşdur”. Bu məqalədən çox razı qalmış Zahid xan Xoylu “Odlar yurdu” qəzetinə
 
məqalə müəllifi üçün Nyu-Yorkdan göndərdiyi məktubda ölüm tarixi məsələsinə də toxunub:
 
“Nəhayət, Sizdən əmim haqqında həqiqəti öyrəndim, lakin rəhmətlik atamın sağlığında eşitdiyimə
 
görə, əmim Rüstəm xan 1922-25-ci illərdə Bakıda güllələnibdir”.
 
 
 
1 Müavinim.
 
 
 
 
 
 
 
== Həmçinin bax ==
 
*[[Xoyskilər]]
 

09:05, 24 noyabr 2020 versiyası

Rüstəm xan Xoyski
Xoyski Rüstəm xan Cahangir xan oğlu
Rüstəm xan Xoyski.jpg
bayraqBitərəflər fraksiyasının üzvübayraq
bayraqSosial - Təminat naziribayraq
26 dekabr, 1918 — 14 mart, 1919
Sələfi Musa bəy Rəfiyev
Xələfi Valerian Klenevski
Şəxsi məlumatlar
Doğum tarixi 5 noyabr 1888(1888-11-05)
Doğum yeri Gəncə, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1939(1939-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Moskva
Atası İskəndər xan Xoyski
Anası Şəhrəbanu xanım Hacı Molla Zeynal qızı

Rüstəm xan Xoyski Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri. General-leytenant İskəndər xan Xoyskinin oğlu, Fətəli xan Xoyskinin kiçik qardaşıdır.

Azərbaycan Cümhuriyyətinin qurucularından olan görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin kiçik qardaşıdır.

Həyatı

Təhsili

1906-cı ildə Yelizavetpol klassik gimnaziyasında orta təhsilini başa vurub.

1906 – 1913-cü illərdə Peterburq Universitetinin hüquq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1913 – 1916-cı illərdə Yelizavetpol Dairə Məhkəməsində,

1916 – 1917-ci illərdə isə Bakı Dairə Məhkəməsində andçı müvəkkil müavini vəzifəsində işləyib.

1917-ci ildə Bakı Dairə Məhkəməsi sistemində vəkil köməkçisi idi.

1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra bir müddət Cümhuriyyət Heyəti-Vükəla (Nazirlər Şurası) İdarəsinin müdiri vəzifəsində çalışıb.

26 dekabr 1918-ci il tarixdən 14 mart 1919-cu il tarixədək – Fətəli xan Xoyskinin qurduğu 3-cü hökumət kabinəsində, ümuri-xeyriyyə (sosial təminat) naziri,

14 mart 1919-cu il tarixdən 22 dekabr 1919-cu il tarixədək – Nəsib bəy Yusifbəylinin qurduğu 4-cü hökumət hökumət kabinəsində, ümuri-xeyriyyə nazirinin müavini,

24 dekabr 1919-cu il tarixdən 1 aprel 1920-ci il tarixədək – Nəsib bəy Yusifbəylinin qurduğu 5-ci hökumət kabinəsində, isə ümuri-xeyriyyə və səhiyyə nazirinin müavini vəzifəsini tutub.

27 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra 15 may 1920-ci il tarixədək bir müddət Azərbaycan İctimai Şuralar Cümhuriyyəti sosial təminat komissarının müavini vəzifəsində çalışıb.

1924-cü ildə Azərbaycan İctimai Şuralar Cümhuriyyəti Ali İqtisad Şurasında və Xalq Komissarları Şurasında katib olub.

Sonralar Moskvaya köçüb və Moskvada müxtəlif dövlət idarələrində çalışıb.

İctimai-siyasi fəaliyyəti

Peterburq Universitetində Azərbaycandan getmiş tələbələrin təşkil etdiyi yerdaşlıq cəmiyyətinin üzvü olub.

1917-ci ildə əvvəlcə Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə, sonra isə komitənin siyasi bölməsinə üzv seçilib.

Məhkumluğu

1920-ci ilin iyunun 5-də Nardaran kəndində olarkən, Fövqəladə Komitə tərəfindən həbs edilib; 1920-ci ilin 31 avqustuna qədər həbsxanada saxlanılmış, sonra isə sürgünə göndərilmişdir. Həbsdə olarkən, anası Şəhrəbanı oğlunu xilas etmək üçün Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanova ərizə ilə müraciət ebib, lakin Nəriman Nərimanov bu ərizəyə qəti cavab verməyib.

Vəfatı

1939-cu ildə Moskvada vəfat edib; Novodeviçye qəbiristanlığında, qaynı – mühəndis İ.İ.Yutkeviçin qəbrinin yanında dəfn olunub.

İstifadə edilmiş mənbə