Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Rüstəm xan Xoyski" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 2: Sətir 2:
 
| adı                          = Rüstəm xan Xoyski
 
| adı                          = Rüstəm xan Xoyski
 
| orijinal adı                = ''Xoyski Rüstəm xan Cahangir xan oğlu''
 
| orijinal adı                = ''Xoyski Rüstəm xan Cahangir xan oğlu''
| şəkil                        = Rüstəm xan Xoyski.jpg
+
| şəkil                        = Rüstəm_xan_Xoyski3.JPG
 
| şəklin ölçüsü                =  
 
| şəklin ölçüsü                =  
| şəklin izahı                =
+
| şəklin izahı                =Rüstəm xan Xoyski, Sankt-Peterburqda təhsil aldığı illərdə (1910-cu illər).
  
 
| titul                        = [[Bitərəflər fraksiyasının üzvləri|Bitərəflər fraksiyasının üzvü]]
 
| titul                        = [[Bitərəflər fraksiyasının üzvləri|Bitərəflər fraksiyasının üzvü]]
Sətir 19: Sətir 19:
 
| dövr əvvəl_2                = [[26 dekabr]], [[1918]]
 
| dövr əvvəl_2                = [[26 dekabr]], [[1918]]
 
| dövr son_2                  = [[14 mart]], [[1919]]
 
| dövr son_2                  = [[14 mart]], [[1919]]
| sələfi_2                    = [[Musa bəy Rəfiyev]]
+
| sələfi_2                    = Musa bəy Rəfiyev
| xələfi_2                    = [[Valerian Klenevski]]
+
| xələfi_2                    = Valerian Klenevski
  
| doğum tarixi                = {{Doğum tarixi|1888|11|5}}
+
| doğum tarixi                = {{Doğum tarixi|1888|11|27}} (''Yuli təqvimi ilə 15 noyabr 1988)''
| doğum yeri                  = [[Gəncə]], [[Yelizavetpol quberniyası]], [[Rusiya İmperiyası]]
+
| doğum yeri                  = [[Nuxa]], [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, {{Rusİmp}}
 
| vəfat tarixi                = {{vəfat tarixi|1939||}}
 
| vəfat tarixi                = {{vəfat tarixi|1939||}}
| vəfat yeri                  = [[Moskva]]
+
| vəfat yeri                  = Moskva, {{RSFSR}}, {{SSRİ}}
 
| vəfat səbəbi                =  
 
| vəfat səbəbi                =  
 
| sülaləsi                    =  [[Xoyskilər]]
 
| sülaləsi                    =  [[Xoyskilər]]
 
| atası                        =  [[İskəndər xan Xoyski]]
 
| atası                        =  [[İskəndər xan Xoyski]]
| anası                        =  Şəhrəbanu xanım Hacı Molla Zeynal qızı
+
| anası                        =  Şəhrəbanu  
 
| həyat yoldaşı                =  
 
| həyat yoldaşı                =  
 
| uşağı                        =  
 
| uşağı                        =  
Sətir 82: Sətir 82:
  
 
==İstifadə edilmiş mənbə==
 
==İstifadə edilmiş mənbə==
 +
*

12:57, 24 noyabr 2020 versiyası

Rüstəm xan Xoyski
Xoyski Rüstəm xan Cahangir xan oğlu
Fayl:Rüstəm xan Xoyski3.JPG
Rüstəm xan Xoyski, Sankt-Peterburqda təhsil aldığı illərdə (1910-cu illər).
bayraqBitərəflər fraksiyasının üzvübayraq
bayraqSosial - Təminat naziribayraq
26 dekabr, 1918 — 14 mart, 1919
Sələfi Musa bəy Rəfiyev
Xələfi Valerian Klenevski
Şəxsi məlumatlar
Doğum tarixi 27 noyabr 1888(1888-11-27) (Yuli təqvimi ilə 15 noyabr 1988)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1939(1939-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Moskva, Flag of the Russian Soviet Federative Socialist Republic (1954–1991).svg RSFSR, Flag of the Soviet Union.svg SSRİ
Atası İskəndər xan Xoyski
Anası Şəhrəbanu

Rüstəm xan Xoyski Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri. General-leytenant İskəndər xan Xoyskinin oğlu, Fətəli xan Xoyskinin kiçik qardaşıdır.

Azərbaycan Cümhuriyyətinin qurucularından olan görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin kiçik qardaşıdır.

Həyatı

Təhsili

1906-cı ildə Yelizavetpol klassik gimnaziyasında orta təhsilini başa vurub.

1906 – 1913-cü illərdə Peterburq Universitetinin hüquq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1913 – 1916-cı illərdə Yelizavetpol Dairə Məhkəməsində,

1916 – 1917-ci illərdə isə Bakı Dairə Məhkəməsində andçı müvəkkil müavini vəzifəsində işləyib.

1917-ci ildə Bakı Dairə Məhkəməsi sistemində vəkil köməkçisi idi.

1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra bir müddət Cümhuriyyət Heyəti-Vükəla (Nazirlər Şurası) İdarəsinin müdiri vəzifəsində çalışıb.

26 dekabr 1918-ci il tarixdən 14 mart 1919-cu il tarixədək – Fətəli xan Xoyskinin qurduğu 3-cü hökumət kabinəsində, ümuri-xeyriyyə (sosial təminat) naziri,

14 mart 1919-cu il tarixdən 22 dekabr 1919-cu il tarixədək – Nəsib bəy Yusifbəylinin qurduğu 4-cü hökumət hökumət kabinəsində, ümuri-xeyriyyə nazirinin müavini,

24 dekabr 1919-cu il tarixdən 1 aprel 1920-ci il tarixədək – Nəsib bəy Yusifbəylinin qurduğu 5-ci hökumət kabinəsində, isə ümuri-xeyriyyə və səhiyyə nazirinin müavini vəzifəsini tutub.

27 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra 15 may 1920-ci il tarixədək bir müddət Azərbaycan İctimai Şuralar Cümhuriyyəti sosial təminat komissarının müavini vəzifəsində çalışıb.

1924-cü ildə Azərbaycan İctimai Şuralar Cümhuriyyəti Ali İqtisad Şurasında və Xalq Komissarları Şurasında katib olub.

Sonralar Moskvaya köçüb və Moskvada müxtəlif dövlət idarələrində çalışıb.

İctimai-siyasi fəaliyyəti

Peterburq Universitetində Azərbaycandan getmiş tələbələrin təşkil etdiyi yerdaşlıq cəmiyyətinin üzvü olub.

1917-ci ildə əvvəlcə Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə, sonra isə komitənin siyasi bölməsinə üzv seçilib.

Məhkumluğu

1920-ci ilin iyunun 5-də Nardaran kəndində olarkən, Fövqəladə Komitə tərəfindən həbs edilib; 1920-ci ilin 31 avqustuna qədər həbsxanada saxlanılmış, sonra isə sürgünə göndərilmişdir. Həbsdə olarkən, anası Şəhrəbanı oğlunu xilas etmək üçün Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanova ərizə ilə müraciət ebib, lakin Nəriman Nərimanov bu ərizəyə qəti cavab verməyib.

Vəfatı

1939-cu ildə Moskvada vəfat edib; Novodeviçye qəbiristanlığında, qaynı – mühəndis İ.İ.Yutkeviçin qəbrinin yanında dəfn olunub.

İstifadə edilmiş mənbə