Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Rəfiqə Qazıyeva" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 51: Sətir 51:
  
 
===Əmək fəaliyyəti===
 
===Əmək fəaliyyəti===
Orta məktəbi bitirdikdən sonra Dövlət Layihə İnstitutunda prorab vəzifəsindən mühəndisədək müxtəlif işlərdə çalışıb.
+
Orta məktəbi bitirdikdən sonra Dövlət Layihə İnstitutunda prorabdan mühəndisədək müxtəlif vəzifələrdə işləyib.
  
1969 – 1980-cı illərdə Azərbaycan {{KP}} Bakı şəhər Nəsimi rayon komitəsində və Azərbaycan {{KP MK}}-da işləyib.
+
1969 – 1980-cı illərdə Azərbaycan {{KP}} Bakı şəhər Nəsimi rayon komitəsində və Azərbaycan {{KP MK}}-da çalışıb.
  
 
1980 – 1991-ci illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi, sonra isə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
 
1980 – 1991-ci illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi, sonra isə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

15:38, 25 sentyabr 2021 versiyası

Rəfiqə Qazıyeva
Qazıyeva Rəfiqə Salam qızı
Rəfiqə Qazıyeva
Rəfiqə Qazıyeva özünün 80 illik yubiliy şənliyində, 2019-cu il.
bayraqAzərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibibayraq
1980 — 1991
Sələfi Güllü Əbilova
Xələfi vəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 11 fevral 1939 (1939-02-11) (85 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Atası Salam Qazıyev
Anası Səidə Qazıyeva (Salamova)
Təhsili

 • M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu

 • Bakı Ali Partiya məktəbi (1970–1973)
İxtisası mədən işlərinin elektronlaşdırılması və avtomatlaşdırılması
Təltifləri SU Order of Friendship of Peoples ribbon.svg
http://r-kaziyeva.narod.ru/
(arxiv versiyası)

Rəfiqə Qazıyeva — tanınmış dövlət xadimi; on ildən çox müddət ərzində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi olmuş, müxtəlif illərdə bir sıra digər yüksək dövlət vəzifələrində çalışmışdır.

Haqqında məlumatlar

11 fevral 1939-cu il tarixdə Bakıda, ziyalı ailəsində anadan olub.

Təhsili

M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (mədən işlərinin elektronlaşdırılması və avtomatlaşdırılması ixtisası üzrə) bitirib.

1970 – 1973-cü illərdə Bakı Ali Partiya məktəbində təhsil alıb.

Əmək fəaliyyəti

Orta məktəbi bitirdikdən sonra Dövlət Layihə İnstitutunda prorabdan mühəndisədək müxtəlif vəzifələrdə işləyib.

1969 – 1980-cı illərdə Azərbaycan KP Bakı şəhər Nəsimi rayon komitəsində və Azərbaycan KP MK-da çalışıb.

1980 – 1991-ci illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi, sonra isə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

1991 – 1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatında dövlət təltifləri şöbəsinin müdiri,

1994 – 1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Elmi, dini və mədəni məsələlər üzrə komissiyasının eksperti,

1998 – 2007-ci illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi

1980-cı ildə 139 nömrəli Kirovabad-Orconikidze seçki dairəsindən X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

7 fevral 1991-ci il tarixdən Azərbaycan Respublikası Ali Sovetinin Qadınların əməyi və məişəti, anaları və uşaqları mühafizə məsələləri daimi komissiyasının sədri olub.

Təltif və mükafatları

Ailəsi

Atası Salam Qazıyev Baş Göynük kəndindən, anası Səidə Salamova isə Nuxa şəhərindən idi (Səidə Salamova Mövsüm Salamovun bacısıdır).

İki övladı və nəvələri var.

Fotoşəkillər

Ədəbiyyat

  1. AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI : Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin fərdi tərkibi haqqında : [arx. 12 Feb 2018 - 24 Jun 2020] // E-qanun.az. — 1991. — 7 fevral. — Müraciət tarixi: 25.09.2021.
  2. Rafiga Kaziyeva : [arx. 25.09.2021] : [rus.] // Rafiga Kaziyeva. — Müraciət tarixi: 25.09.2021.

ru:Казиева, Рафигаaz:Rəfiqə Qazıyeva