Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rəhim Mədətov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:41, 4 sentyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəhim Mədətov
Mədətov Rəhim Səlim oğlu
Rəhim Mədətov
Doğum tarixi 5 sentyabr 1949 (1949-09-05) (74 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi Fizika-riyaziyyat
İş yeri Azərbaycan MEA-nın Radiasiya Problemləri İnstitutu, Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiri
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Təhsili Bakı Dövlət Universiteti

Rəhim Mədətov — fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Aviasiya Akademiyanın fizika kafedrasinin professoru, Azərbaycan MEA-nın Radiasiya Problemləri İnstitutu Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiri, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komitəsində Ekspert şurasının üzvü.

Həyat və fəaliyyəti

5 sentyabr 1949-cu ildə Nuxa şəhərində anadan olub.

Həyat və fəaliyyəti

1956 – 1966-cı illərdə Nuxa şəhər 2 №-li orta məktəbində,

1966 – 1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) fizika fakültəsində təhsil alıb.

Pedoqoji fəaliyyəti

1971-ci ildə ali təhsilini tamamladıqdan sonra iki il Dəvəçi rayonunda fizika müəllimi işləyib. 1973-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyətə keçsə də pedoqoji fəaliyyətini davam etdirib. 2004 – 2008-ci illər ərzində Naxçıvan və Bakı türk liseyləri şagirdlərinin Beynəlxalq Ekoloji Elmi Layihə olimpiadalarına hazırlamış və onlar Bosniyada-2 qızıl (2006), İstanbulda-1 bürünc (2006), Bosniyada-1 gümüş (2005) və Braziliyada-1 bürünc (2005) medallara layiq görülmüşlər.

Azərbaycan Milli Aviasiya Akademiyasının Fizika kafedrasında professor vəzifəsində pedaqoji fəaliyyətini davam etdirir (2020).

Elmi fəaliyyəti

1973-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb.

1977-ci ildə Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin qərarı ilə Fizika İnstitutun radiasiya tədqiqatları sektoruna kiçik elmi işçi vəzifəsinə keçirilib.

1981-ci ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış fotodiodların fotoelektrik xassələri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

1983-cü ildə baş elmi işçi vəzifəsinə keçirilib.

1992-ci ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış p-n keçidlərdə fotovoltaik və radiasiya effektləri” mövzusunda doktorluq dissertasiya işini müdafiə edir və Elmi Şuranın qərarına əsasən aparıcı elmi işçi vəzifəsinə təyin edilir. 1994-cü ildə Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasına rəhbər təyin olunub və hal-hazırda qeyd edilən vəzifəni icra edir.

  • Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 120;
    - xaricdə çıxmış elmi əsərlərin sayı: 72;
    - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 45.
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 17.
  • Kadr hazırlığı:
    - fəlsəfə doktorlarının sayı: 10;
    - elmlər doktorlarının sayı: 9.

İctimai fəaliyyəti

Rəhim Mədətov AMEA Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının və Həmkarlar Təşkilatının İdarə Heyətinin, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komitəsində Ekspert şurasının üzvüdür.

Əməyinin qiymətləndirilməsi

AMEA-nın ictimai həyatında fəal iştirak etdiyinə, elmi yaradıcılığında əldə etdiyi nəticələrin elmi və praktiki əhəmiyyətinə görə AMEA-nın Fəxri fərmanlarına layiq görülmüşdür.

İstifadə edilmiş mənbələr

Şablon:Yaxşı məqalə