Rəhman Orxan (1950–2024) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. “Vışka” qəzetinin xüsusi müxbiri, indiki “Azərikimya” İstehsalat Birliyinin əvvəl ictimai-siyasi rusca “Bakines” qəzetinin həmtəsisçi redaktoru, sonra isə Mətbuat xidmətinin rəhbəri və s. vəzifələrdə çalışımışdır.

Rəhman Orxan
Məmmədzadə Rəhman Abdurəhman oğlu
Rəhman Orxan
Rəhman Orxan.
Doğum tarixi 24 iyul 1950(1950-07-24)
Doğum yeri Qayabaşı, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 2 fevral 2024 (73 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, mühəndis-mexanik ixtisası (–1967)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2016
facebook səhifəsi

Haqqında məlumatlarRedaktə

24 iyul 1950-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qayabaşı kəndində anadan olub.

TəhsiliRedaktə

1967-ci ildə Qayabaşı kənd orta məktəbini,

1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətiRedaktə

1971 – 1979-cu illərdə əvvəl Azərbaycan Boru-Prokat Zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor,

1979-cu ildən həmin zavodun “Metallurq” çoxtirajlı qəzetinin,

1981-ci ildən “Vışka” qəzetinin əməkdaşı,

1983-cü ildən “Vışka” qəzetinin əvvəl Sumqayıt-Quba, sonra isə Naxçıvan-Qarabağ zonaları üzrə xüsusi müxbiri,

1992-ci ildən “Azərikimya” Dövlət Konserninin ictimai-siyasi “Bakines” qəzetinin baş redaktoru,

2001-ci ilin iyulundan 2013-cü ilin avqustunadək “Azərikimya” İstehsalat Birliyinin (əvvəlki “Azərikimya” Dövlət Konserni) Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Təltif və mükafatlarıRedaktə

VəfatıRedaktə

2 fevral 2024-cü il tarixdə – 73 yaşında, vəfat edib.

ƏdəbiyyatRedaktə

  1. Sumqayıtlı jurnalistə fəxri ad verilib : [arx. 14 Oct 2016 - 20 Jul 2017] : [azərb.] // [Modern.az https://modern.az/]. — . — Müraciət tarixi: 03.02.2024.
  2. Əməkdar jurnalist Rəhman Orxan vəfat edib : [arx. 02.02.2024] : [azərb.] // Mədəniyyət qəzeti. — 2024. — 2 fevral. — Müraciət tarixi: 03.02.2024.
  3. Rəhman Orxan vəfat etmişdir // Азербайджанское Социалистическое Движение. — Müraciət tarixi: 04.02.2024.