Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Rəhman Orxan

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Rəhman Orxan
Məmmədzadə Rəhman Abdurəhman oğlu
Rəhman Orxan
Rəhman Orxan.

Rəhman Orxan (1950–2024) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. “Vışka” qəzetinin xüsusi müxbiri, indiki “Azərikimya” İstehsalat Birliyinin əvvəl ictimai-siyasi rusca “Bakines” qəzetinin həmtəsisçi redaktoru, sonra isə Mətbuat xidmətinin rəhbəri və s. vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

24 iyul 1950-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qayabaşı kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1967-ci ildə Qayabaşı kənd orta məktəbini,

1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1971 – 1979-cu illərdə əvvəl Azərbaycan Boru-Prokat Zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor,

1979-cu ildən həmin zavodun “Metallurq” çoxtirajlı qəzetinin,

1981-ci ildən “Vışka” qəzetinin əməkdaşı,

1983-cü ildən “Vışka” qəzetinin əvvəl Sumqayıt-Quba, sonra isə Naxçıvan-Qarabağ zonaları üzrə xüsusi müxbiri,

1992-ci ildən “Azərikimya” Dövlət Konserninin ictimai-siyasi “Bakines” qəzetinin baş redaktoru,

2001-ci ilin iyulundan 2013-cü ilin avqustunadək “Azərikimya” İstehsalat Birliyinin (əvvəlki “Azərikimya” Dövlət Konserni) Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

2 fevral 2024-cü il tarixdə – 73 yaşında, vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Sumqayıtlı jurnalistə fəxri ad verilib : [arx. 14 Oct 2016 - 20 Jul 2017] : [azərb.] // [Modern.az https://modern.az/]. — . — Müraciət tarixi: 03.02.2024.
  2. Əməkdar jurnalist Rəhman Orxan vəfat edib : [arx. 02.02.2024] : [azərb.] // Mədəniyyət qəzeti. — 2024. — 2 fevral. — Müraciət tarixi: 03.02.2024.
  3. Rəhman Orxan vəfat etmişdir // Азербайджанское Социалистическое Движение. — Müraciət tarixi: 04.02.2024.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...

...