Rafiq Sədrəddinov
Rafiq Sədrəddinov | |
---|---|
Sədrəddinov Rafiq Niyazi oğlu | |
Rafiq Sədrəddinov, 2009-cu il. | |
Anadan olub | 14 avqust 1945 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 13 sentyabr 2013 (68 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Dəfn yeri | Sumqayıt qəbristanlığı |
Uşaqları | Nərgiz və Nigar Sədrəddinovalar |
Atası | Niyazi Həsən bəy oğlu Sədrəddinbəyov. |
Anası | Nina Zavarotnaya |
Rafiq Sədrəddinov (1945–2013) — tanınmış jurnalist, “Kaspi” qəzetinin əməkdaşı. Sovet dövründə Moskvada çıxan “Sovetski sport”, “Qudok” qəzetlərin Azərbaycan üzrə xüsusi müxbiri, Sov.İKP MK-nın orqanı olan “Pravda” qəzetinin Azərbaycan bölməsinin baş müfəttişi və s. vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
14 avqust 1945-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1969-cu ildə Sumqayıtda çıxan “Kimyaçı” çoxtirajlı qəzetinin məsul katibi, bir il sonra “Kommunist Sumqaita” qəzetinin əvvəl ədəbi işçisi, sonra isə redaktoru olub.
Müxtəlif illərdə sovet dövrünün respublika mətbu orqanları olan “İdman”, “Bakinski raboçi” qəzetlərində çalışıb, habelə Moskvada çıxan mərkəzi “Sovetski sport”, “Qudok” qəzetlərin Azərbaycan üzrə xüsusi müxbiri işləyib.
1987-ci ildə Moskvada çıxan və Sov.İKP MK-nın orqanı olan “Pravda” qəzetinin Azərbaycan bölməsinə baş müfəttiş təyin edilib.
1990-cı ildən “Tərəqqi” qəzetinin redaktoru, 1992-ci ildən “Mir futbola” qəzetinin redaktor müavini, 1999-cu ildən isə “Naş vek” qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib. Son iş yeri “Kaspi” qəzeti olub.
Vəfatı[redaktə | HTML redaktə]
13 sentyabr 2013-cü il tarixdə – 68 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Mətbuat Şurası jurnalist Rafiq Sədrəddinovun vəfatı ilə bağlı nekroloq yayıb : [arx. 13.08.2020] // Trend. — 2013. — 13 sentyabr. — Müraciət tarixi: 10.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |