Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Raqub Bəşirov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış hərbç...' ilə yarat) tərəfindən edilmiş 03:45, 8 noyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Raqub Bəşirov
Raqub Bəşirov
Raqub Bəşirov.
Doğum tarixi 11 mart 1939(1939-03-11)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Eldar Bəşirov, Elçin Bəşirov
Təhsili

 • Nuxa Toxuculuq Texnikumu (1957–1958)

 • Moskva Elektrotexniki Rabitə İnstitutu, radiorabitə və radio verilişləri fakültəsi, radio mühəndisi ixtisası (1961–1958)
Hərbi fəaliyyəti
Rütbə {{Polkovnik-leytenant/{{{1}}}}}

Raqub Bəşirov — hərbçi-rabitəçi, polkovnik-leytenant. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi hökumət rabitəsi idarəsinin rəisi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi baş qərargah rəisinin müavini – rabitə idarəsinin rəlsi və s. bu kimi məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

11 mart 1939-cu ildə Nuxada (indiki Şəki), sənətkar ailəsində anadan olub.

Təhsili

1947 – 1957-ci illərdə M.Qorki adına Nuxa 10 №-orta məktəbində,

1957 – 1958-ci illərdə Nuxa Toxuculuq Texnikumunda,

1961 – 1966-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunun radiorabitə və radio verilişləri fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

1958 – 1961-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət dövründə 1-ci dərəcəli radist sənətinə yiyələnib.

Əmək fəaliyyəti

1966 – 1969-ci illərdə Azərbaycan SSR Rabitə Nazirliyi Radio Mərkəzinin 3 №-li radiostansiyasında əvvəl böyük mühəndis, sonra sex rəisi, daha sonra baş mühəndis vəzifəsində işləyib.

1969 – 1992-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin hökumət rabitəsi bölməsində əvvəl böyük muhəndis, sonra bölmə rəisi, daha sonra şöbə rəlsi və idarə rəilsi vəzifəsində çalışıb.

31 dekabr 1992-ci il tarixdən əmək təqaüdünə çıxarılıb.

20 aprel 1993-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyi baş qərargah rəisinin müavini – rabitə idarəsinin rəlsi vəzifəsinə təyin edilib.

1993-cü ilin noyabr ayında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi hökumət rabitəsi idarəsinin rəisi vəzifəsinə bərpa olunub.

1994-cü ildə təkrarən təqaüdə çıxarılıb.

1995 – 2001-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi hökumət rabitəsi idarəsinin rəisi vəzifəsində çalışıb.

2001-ci ilin noyabrında polkovnik rütbəsində təqaüdə çıxıb.

2002-ci ilin fevralından Azərbaycan Respublikası Rabitə Nazirliyinin “Mərkəzi Xüsusi Rabitə İdarəsinin” rəisi vəzifəsində çalışıb.

Təltif və mükafatları

  • “Şərəf nişanı” ordeni;
  • I, II və Iİ dərəcəli “Qüsursuz xidmətə görə” medalları;
  • II və III dərəcəli “Əlaçı sərhədçi” nişanı;
  • “Azərbaycan Respublikasının əməkdar rabitəçisi” fəxri adı;
  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları;
  • Azərbaycan Respublikasının fəxti fərmanı (1991).

Digər

Şəki şəhər 10 saylı tam orta məktəbinin 1957-ci il buraxılışının 50 illiyi münasibəti ilə 2007-ci ildə çap edilmiş Unudulməz illər kitabının həmmüləllifidir.

Ailəsi

1971-ci ildə ailə həyatı qurub. İki oğul atası, üç nəvə babasıdır.

Oğlanları: Eldar Bəşirov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində, Elçin Bəşirov isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyiblər.

Ədəbiyyat

  1. Bəşirov R., Hacıyev N. Bəşirov Raqub Abbas oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 93-96.
  2. Bəşirov Raqub Abbas oğlu // Məzunlar / Akif Əli. — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 158-162. — ISBN 978-9952-8176-4-5.