Rasim İslamov — peşəkar jurnalist, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai TV) Şimal-Qərb bölgəsi üzrə müxbiri.

Rasim İslamov
İslamov Rasim Məmmədiyyə oğlu
Rasim İslamov
Rasim İslamov.
Doğum tarixi 5 dekabr 1970 (1970-12-05) (52 yaş)
Doğum yeri Vərəzət, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, jurnalistika fakültəsi (–1996)
facebook səhifəsi

Haqqında məlumatlarRedaktə

5 dekabr 1970-ci il tarixdə Şəki rayonunun Vərəzət kəndində anadan olub.

Hərbi xidmətRedaktə

1988 – 1990-cı illərdə həqiqi hərbi xidmətdə olub.

TəhsiliRedaktə

1996-cı ildə Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Əmək fəaliyyətiRedaktə

1997-ci ildən “Azərenerji” Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr sektorunda çalışmış, sonra isə səhmdar cəmiyyətinin kadrlar və xüsusi işlər şöbəsinin müdiri olmuşdur.

2001-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində və “Vergilər” qəzetinin redaksiyasında çalışıb.

2005-ci ilin sentyabr ayından İctimai Televiziyanın Şimal-Qərb bölgəsi üzrə müxbiridir.

AiləsiRedaktə

Evlidir, iki övladı var.