Rasim İslamov
Rasim İslamov | |
---|---|
İslamov Rasim Məmmədiyyə oğlu | |
![]() | |
Rasim İslamov. | |
Doğum tarixi | 5 dekabr 1970 |
Doğum yeri |
Vərəzət, Şəki rayonu, ![]() ![]() |
Təhsili | Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, jurnalistika fakültəsi (–1996) |
facebook səhifəsi |
Rasim İslamov — peşəkar jurnalist, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai TV) Şimal-Qərb bölgəsi üzrə müxbiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
5 dekabr 1970-ci il tarixdə Şəki rayonunun Vərəzət kəndində anadan olub.
Hərbi xidmət[redaktə | HTML redaktə]
1988 – 1990-cı illərdə həqiqi hərbi xidmətdə olub.
Təhsili[redaktə | HTML redaktə]
1996-cı ildə Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1997-ci ildən “Azərenerji” Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr sektorunda çalışmış, sonra isə səhmdar cəmiyyətinin kadrlar və xüsusi işlər şöbəsinin müdiri olmuşdur.
2001-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində və “Vergilər” qəzetinin redaksiyasında çalışıb.
2005-ci ilin sentyabr ayından İctimai Televiziyanın Şimal-Qərb bölgəsi üzrə müxbiridir.
Ailəsi[redaktə | HTML redaktə]
Evlidir, iki övladı var.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |