Rena Çiftçi (az.: Mustafayeva Rəna Şakir qızı ‎) – azərbaycanlı Türkiyə alimi, fizika üzrə elmlər doktoru, dosent, Egey Universitetində (İzmir, Türkiyə) nüvə fizikası kafedrasının (dəqiq elmlər fakültəsi, fizika bölməsi) müdiri. Türkiyənin və dünyanın sayılan nüvə fiziklərindən hesab olunur.

Rena Çiftçi
az.: Mustafayeva Rəna Şakir qızı
Rena Çiftçi
Rena Çiftçi
Doğum tarixi 6 fevral 1975 (1975-02-06) (46 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan→Flag of Turkey.svg Türkiyə
İş yeri Egey Universiteti (İzmir, Türkiyə), dəqiq elmlər fakültəsi, fizika bölməsi, nüvə fizikası kafedrası.
Elmi dərəcəsi fizika üzrə elmlər doktoru (2006)
Elmi adı dosent
Təhsili

Ankara Universitetinin dəqiq elmlər fakültəsi, fizika bölməsi – bakalavr (1993 – 1997)

Ankara Universiteti, Dəqiq Elmlər İnstitutu, fizika kafedrası – magistratura (1997 – 2000)

Qazi Universiteti, Dəqiq Elmlər İnstitutu, fizika kafedrası, doktorantura (2001 – 2006)

Haqqında məlumatlarRedaktə

6 fevral 1975-ci ildə Şəkidə anadan olub.

TəhsiliRedaktə

1982 – 1992-cı illərdə Şəki şəhər 2 saylı orta məktəbində oxuyub.

1993 – 1997-ci illərdə Ankara Universitetinin dəqiq elmlər fakültəsinin fizika bölməsində bakalavr,

1997 – 2000-ci illərdə Ankara Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında magistr,

2001 – 2006-cı illərdə isə Qazi Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında doktorant təhsili alıb.

AiləsiRedaktə

  • Atası: Şakir Abdulkərim oğlu Mustafayev, elektrik montyoru idi.
  • Anası: Zinaida Vladimirovna Mustafayeva.
  • Həyat yoldaşı: Abbas Kenan Çi̇ftçi̇, fizika elmləri doktoru, 2017-ci ildən İzmir İqtisadiyyat Universiteti Dəqiq Elmlər İnstitutunun direktoru və Fizika bölməsinin rəhbəri. Daha əvvəl Ankara Universitetinin professoru olub.

ƏdəbiyyatRedaktə

  • "Ege Üniversitesi Akademik Veri Yönetim Sistemi/Doç.Dr. RENA ÇİFTÇİ". https://avesis.ege.edu.tr/ (Türkçe). Ege Üniversitesi. 3 Aug 2020 - 22 Oct 2020 tarixində arxivləşdirilib.