Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Rena Çiftçi

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:29, 6 fevral 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rena Çiftçi
az.: Mustafayeva Rəna Şakir qızı
Rena Çiftçi
Rena Çiftçi.
Doğum tarixi 6 fevral 1975 (1975-02-06) (49 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan→Flag of Turkey.svg Türkiyə
İş yeri Egey Universiteti (İzmir, Türkiyə), dəqiq elmlər fakültəsi, fizika bölməsi, nüvə fizikası kafedrası.
Elmi dərəcəsi fizika üzrə elmlər doktoru (2006)
Elmi adı dosent
Təhsili

 • Ankara Universitetinin dəqiq elmlər fakültəsi, fizika bölməsi, bakalavriat (1993–1997)

 • Ankara Universiteti, Dəqiq Elmlər İnstitutu, fizika kafedrası, magistratura (1997–2000)

 • Qazi Universiteti, Dəqiq Elmlər İnstitutu, fizika kafedrası, doktorantura (2001–2006)

Rena Çiftçi — fizika üzrə elmlər doktoru, dosent, Egey Universitetində (İzmir, Türkiyə) nüvə fizikası kafedrasının (dəqiq elmlər fakültəsi, fizika bölməsi) müdiri. Türkiyənin və dünyanın sayılan nüvə fiziklərindən hesab olunur.

Haqqında məlumatlar

6 fevral 1975-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1982 – 1992-cı illərdə Şəki şəhər 2 saylı orta məktəbində,

1993 – 1997-ci illərdə Ankara Universitetinin dəqiq elmlər fakültəsinin fizika bölməsində (bakalavr),

1997 – 2000-ci illərdə Ankara Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında (magistr),

2001 – 2006-cı illərdə isə Qazi Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında (doktorant) təhsil alıb.

Ailəsi

  • Atası: Şakir Abdulkərim oğlu Mustafayev, elektrik montyoru idi.
  • Anası: Zinaida Vladimirovna Mustafayeva.
  • Həyat yoldaşı: Abbas Kenan Çi̇ftçi̇, fizika elmləri doktoru, 2017-ci ildən İzmir İqtisadiyyat Universiteti Dəqiq Elmlər İnstitutunun direktoru və Fizika bölməsinin rəhbəri. Daha əvvəl Ankara Universitetinin professoru olub.

Ədəbiyyat

  1. Ege Üniversitesi Akademik Veri Yönetim Sistemi/Doç.Dr. RENA ÇİFTÇİ : [arx. =3 Aug 2020 - 22 Oct 2020] : [tur.] // Ege Üniversitesi — Akademik Veri Yönetim Sistemi. — Müraciət tarixi: 03.02.2022.