Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Süleyman xan Şəkinski

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:17, 17 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Süleyman xan Şəkinski
Şəkinski Süleyman xan Səlim xan oğlu
Süleyman xan Şəkinski
Şəki xanları, yaxud xanzadələri (şərti), - Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində
Doğum tarixi 1803(1803-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)

Şəkinski Süleyman xan Səlim xan oğlu-(1803-?), Qarabağ bəyi, çar zabiti, podpolkovnik, İbrahimxəlil xan Cavanşirin və Çələbi xan Şəkilinin nəvəsi

Haqqında məlumatlar

1827-ci ildə Rusiya İmperiyası ərazisinə keçərək rus çarının təbəəliyini qəbul edilməsini xahiş edib (Şuşada yaşayan xalası Gövhər ağa isə onu rəsmən evladlığa götürmüşdü).

1829-cu ilin əvvəllində onun müraciətinə müsbət cavab verilib və həmin ilin oktyabr ayında ona illik 600 manat maaş təyin edilib.

1838-ci ildə mayor hərbi rütbəsi ilə Varşavadakı Zaqafqaziya müsəlman polkunda polk komandirinin köməkçisi idi.

1838-ci ilin iyul ayında əla çalışqan hərbi xidmətinə görə illik 2 min manat təqaüd təyin edilir.

1841-ci ildə Kaspi quberniyasından Sankt-Peterburqa – rus çarı I Nikolayın yanına göndərilmiş iki deputatdan biri olub. Bu görüşdə hərbi rütbəsi podpolkonikə qaldırılmış və qiymətli hədiyyələr almışdır.

1844-cü ildə hərbi xidmətdən çıxaraq İrana gedir. Bu Rusiya hakimiyyət dairələrində qısqanclıqla qarşılanır. Ruslar onu Təbrizdəki rus konsulluğuna çağırıb həbs edirlər, əvvəlcə Tiflisə aparərlar, oradan isə Voronejə sürgün edirlər.

1849-cu ildə bütün əvvəlki imtiyazları, təqaüdləri bərpa olunur, Varşavadakı müsəlman polkunda hərbi xidmətini davam etdirməyə başlayır[1].

1861-ci ilə aid sənəddə adı vəfat etmiş şəxs kimi çəkilir[2].

Ailəsi

Süleyman xan Hürcahan bəyim Yusif xan qızı Şəmsəddinli ilə ailə qurmuşdu. Həsən ağa adlı oğlu, Sara bəyim və Tuti bəyim adlı qızları vardı.

İstinadlar

  1. "О ВОЗОБНОВЛЕНИИ ПРОИЗВОДСТВА ПОДПОЛКОВНИКУ СУЛЕЙМАН ХАНУ ВСЕМИЛОСТИВЕЙШЕ ПОЖАЛОВАННЫХ ЕМУ АРЕНДНЫХ ДЕНЕГ И ПЕНСИИ, А ТАК ЖЕ О ПРЕДПОЛОЖЕНИИ ПЕРЕВЕЗТИ ЕГО НА СЛУЖБУ В ВАРШАВУ В НАХОДЯЩИЕСЯ ТАМ РЕГУЛЯРНЫЕ КАВКАЗСКИЕ ВОЙСКА. Н.15 МАРТА - К.27 ИЮНЯ 1849 Г." https://rgia.su/ (русский). Российский государственный исторический архив. 16 Nov 2020 tarixində arxivləşdirilib.
  2. "О НАЗНАЧЕНИИ НАСЛЕДНИКАМ УМЕРШЕГО ПОДПОЛКОВНИКА СУЛЕЙМАН ХАНА ПРОИЗВОДИВШИХСЯ ЕМУ АРЕНДНЫХ ДЕНЕГ. Н.4МАРТА 1861Г.-К.21АПРЕЛЯ 1861Г." https://rgia.su/ (русский). Российский государственный исторический архив. 16 Nov 2020 tarixində arxivləşdirilib.


Ədəbiyyat

Həmçinin bax