Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Səbuhi Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Səbuhi Məmmədov
Məmmədov Səbuhi Məmməd oğlu
Səbuhi Məmmədov
Səbuhi Məmmədov, 2009.
Doğum tarixi 8 oktyabr 1959 (1959-10-08) (64 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (Bakı, 1974–1978)

 • İ.V.Muxina adına Leninqrad Ali Boyakarlıq-Sənaye Akademiyası(ru), qrafika fakültəsi (1982–1987)
Janrı yağlı boya

Səbuhi Məmmədov — rəssam-pedaqoq, Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin müəllimi.

Haqqında məlumatlar

8 oktyabr 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1974 – 1978-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində (Bakı),

1982 – 1987-ci illərdə V.İ.Muxina adına Leninqrad Ali Boyakarlıq-Sənaye Məktəbinin (indiki A.L.Ştiqlis adına Sankt-Peterburq Boyakarlıq-Sənaye Akademiyası) qrafika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1988-ci ildən Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində müəllim işləyir; o cümlədən, uzun müddət həm də şöbənin müdiri vəzifəsində çalışıb.

Yaradıcı fəaliyyəti

Respublika və Beynəlxalq sərgilərdə iştirak edib. İşləri müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

1988-ci ildən SSRİ Gənc Rəssamlar Birliyinin,

1997-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

2009-cu ildə Şəki şəhərində fərdi sərgisi təşkil olunub.

Əsərlərindən nümunələr