Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Səttar Ələsgərli

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:04, 15 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Səttar Ələsgərli
Ələsgərli Səttar Sabir oğlu
Səttar Ələsgərli
Səttar Ələsgərli, 2013-cü il.
Doğum tarixi 16 iyun 1955 (1955-06-16) (68 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Faiq Ələsgərov
Atası Sabir Əlsəgərov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitu (1977–1982)
Mükafatları "Tərəqqi" medalı
facebook səhifəsi

Səttar Ələsgərli — tanınmış pedaqoq; uzun müddət Şəki şəhər 8 №-lı beynəlmiləl tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

16 iyun 1955-ci il tarixdə Nuxada (indiki Şəkidə) anadan olub.

Təhsili

1962 – 1972-ci illərdə Nuxa/Şəki 8 №-li rus məktəbində oxuyub.

1965 – 1972-ci illərdə Yeddiillik Uşaq Musiqi Məktəbinin tar şöbəsində musiqi təhsili alıb.

1974-cü ildə Leninqrad Dövlət Unıversitetinin jurnalistıka fakültəsinə daxil olmaq üçün imtahan verib, lakin müsabiqədən keçməyib.

1977 – 1982-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə

1974 – 1976-cı illərdə Sovet Ordusunda hərbi xidmət edib.

Əmək fəaliyyəti

1972 – 1973-cü ıllərdə Şəki radioverilişləri redaksiyasında müxbir kimi fəaliyyət göstərib.

1982-ci ıldə Şəki rayonun Böyük Dəhnə kəndindəki 2 №-li məktəbdə rus dili müəllimi işləyib.

1983-cü ildə yenidən təşkil olunmuş 9 №-li Şəki şəhər rus məktəbində rus dılı və ədəbiyyatı müəllimi,

1985 – 1992-ci illərdə isə direktor müavını vəzifəsində çalışıb.

1992 – 2020-ci illərdə Şəki şəhər 8 №-li beynəlmiləl tam orta məktəbin direktoru olub.

Təltif və mükafatları

  • Şəki şəhər İcra hakımıyyətinin fəxri fərmanı, 2 dəfə;
  • Şəki şəhər Təhsil Şöbəsinin fəxri fərmanları, bir neçə dəfə;
  • TİAHİ (Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı) Şəki Komitəsinin fəxri fərmanı;
  • 2014-cü ilin dekabrında Respublıka prezıdentının sərəncamı ilə keçirilən “İlin ən yaxşı ümumtəhsil məktəbi” respublıka müsabiqəsində rəhbərlik etdiyi Şəki şəhər 8 №-lı tam orta məktəb son 5 ilin nəticələrinə görə qalib elan olunub;
  • “Tərəqqi” medalı (2015).

Ailəsi

Ailəlidir, iki oğlu var

Həyat yoldaşı: Rumiyyə Ələsgərova Şəki şəhər 8 №-li beynəlmıləl tam orta məktəbdə fransız dılı fənnini tədris edir.

Böyük oğlu: Faiq Ələsgərov şahmat üzrə 3 dəfə Azərbaycan çempionu titulunu qazanıb və Dünya çempionatının gümüş mükafatçısı, Dünya olımpiadasının bürünc mükafatçısı, şahmat üzrə Dünya çempionatından medal gətirən ilk azərbaycanlı şahmatçıdır. Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun məzunu olan Faiq Ələsgərov ABŞ-da Texas Unıversitetini bitirdikdən sonra orada Şahmat Akademıyası yaratmış və hazırda həmin Akademiyanın prezidentidir. Şahmat dərslikləri yazır. ABŞ şahmat Federaıyasının üzvüdür. Azərbaycan şahmatçıları ilə sıx əlaqələri var.

Kiçik oglu: Yusif Ələsgərov ali təhsilli iqtisadçıdır.

Şablon:Yaxşı məqalə