Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Səyyarə Vahabova" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 32: Sətir 32:
 
  |Commons              =
 
  |Commons              =
 
}}
 
}}
'''Səyyarə Vahabova''' (1920–1997) — Azərbaycan sovet partiya və dövlət məmuru, pedaqoq; 1956–1960-cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1957–1959-cu illərdə Azərbaycan {{KP MK}}-nın üzvü, 1959–1963-cü illərdə VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 1960–1980-cı illərdə Nuxa/Şəki şəhərindəki 3 №-li orta məktəbin direktoru vəzifəsində çalışmışdır.
+
'''Səyyarə Vahabova''' (1920–1997) — Azərbaycan sovet partiya və dövlət məmuru, tanınmış pedaqoq; 1956–1960-cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1957–1959-cu illərdə Azərbaycan {{KP MK}}-nın üzvü, 1959–1963-cü illərdə VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 1960–1980-cı illərdə Nuxa/Şəki şəhərindəki 3 №-li orta məktəbin direktoru vəzifəsində çalışmışdır.
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==

11:41, 4 sentyabr 2021 versiyası

Səyyarə Vahabova
Vahabova Səyyarə Həsən qızı
Səyyarə Vahabova.jpg
Səyyarə Vahabova, 1956-cı il
bayraqNuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədribayraq
1956 — 1960
Şəxsi məlumatlar
Doğum tarixi 5 sentyabr 1920(1920-09-05)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat tarixi 9 noyabr 1997 (77 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi (–1941)

Bakı Ali Partiya Məktəbi(az) (1945–1946)

Səyyarə Vahabova (1920–1997) — Azərbaycan sovet partiya və dövlət məmuru, tanınmış pedaqoq; 1956–1960-cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1957–1959-cu illərdə Azərbaycan KP MK-nın üzvü, 1959–1963-cü illərdə VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 1960–1980-cı illərdə Nuxa/Şəki şəhərindəki 3 №-li orta məktəbin direktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

5 sentyabr 1920-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1941-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib.

1945 – 1946-cı ildə illərdə Bakı Ali Partiya məktəbində təhsilini artırıb.

Əmək fəaliyyəti

1942 – 1944 cü illərdə Baş Göynük kənd 1 №-li məktəbdə dil-ədəbiyyat müəllimi işləyib.

1944-cü ildə partiya işinə – Azərbaycan KP Nuxa şəhər komitəsində təlimatçı vəzifəsinə irəli çəkilib.

1946 – 1948-ci illərdə Azərbaycan KP Nuxa şəhər Partiya Komitəsində partiya kabinetinin müdiri,

1947 – 1951-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunda baş müəllim,

1950 – 1954-cü illərdə Azərbaycan KP Nuxa şəhər Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri,

1954 – 1956-cı illərdə Nuxa rayon Xalq Maarif Şöbəsinin müdiri,

1956 – 1960-cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,

1960 – 1980-ci illərdə Nuxa/Şəki şəhərindəki 3 №-li orta məktəbin direktoru vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi

1957-ci ildə Nuxa Rayon Sovetinə deputat seçilib.

1957-ci ildə Moskvada SSR Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib.

1957 – 1959-cu illərdə Azərbaycan KP MK-nın üzvü olub.

1958-ci ildə Moldoviya SSR-in paytaxtı Kişinyovda keçirilən SSRİ Kənd Təsərrüfatı işçilərinin Ümumittifaq müşavirəsində Azərbaycan Nümayəndə heyətinin tərkibində iştirak edib.

1959 – 1963 cü illərdə VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1959-cu ildə Bakıda keçirilən Respublika partiya-təsərrüfat fəallarının yığıncağında iştirak edib.

1960-cı ildə Azərbaycan SSR Ali Sovetində məsul vəzifəyə dəvət olunub.

Vəfatı

Uzun sürən xəstəlikdən sonra 9 noyabr 1997-ci il tarixdə – 77 yaşında, Şəkidə vəfat edib.

Digər

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vaqif Kərimovun bacısıdır.