Sabir Əhədov
Sabir Əhədov (1951–2009) — Türkiyənin STV kanalının operatoru və yönəticisi. Vaxtilə, Şəkidə fəaliyyət göstərmiş “Təbəssüm” estrada ansamblının (Şəki ipək kombinatı) və “Zirvə” vokal-instrumental ansamblının (Şəki şəhər Mədəniyyət Evi) yaradıcılarından biri olmuş, ritm-gitara ifaçısı və vokalist kimi fəaliyyət göstərmişdir.
Sabir Əhədov | |
---|---|
Əhədov Sabir Şükür oğlu | |
Sabir Əhədov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 fevral 1951 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 12 oktyabr 2009 (58 yaşında) |
Həyat yoldaşı | Mirvari Əhədova |
Uşaqları | Fərid, Mətin |
Təhsili |
• Moskva Pedaqoji İnstitutu, 1-ci və 2-ci kurs (1970–1971) • Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, 3-cü və 4-cü kurs (1971–1973) |
Adının digər versiyaları | Sabir Ehedov, Sabir Ahadov |
Haqqında məlumatlar
10 fevral 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1958 – 1968-ci illərdə illərdə Nuxa/Şəki 8 saylı orta (rus) məktəbində,
1970 – 1971-ci illərdə Moskva Pedaqoji İnstitutunda (1-ci və 2-ci kurs),
1971 – 1973-ci illərdə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda (3-cü və 4-cü kurs) təhsil alıb.
Əmək fəaliyyəti
1974-cü ildən Şəki Musiqi Texnikumunda rus dili və ədəbiyyatı müəllimi,
1993-cü ildən ömrünün sonuna kimi isə STV kanalında (Türkiyə) operator və yönətici kimi fəaliyyət göstərmişdir.
Vəfatı
12 oktyabr 2009-cu il tarixdə – 58 yaşında, Türkiyədə vəfat edib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |