Sabir Əhədov (1951–2009) — Türkiyənin STV kanalının operator və yönəticisi. Vaxtilə, Şəkidə fəaliyyət göstərmiş Şəki ipək kombinatının “Təbəssüm” estrada ansamblının və Şəki şəhər Mədəniyyət Evinin “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri olmuş, ritm-gitara ifaçısı və vokalist kimi fəaliyyət göstərmişdir.

Sabir Əhədov
Əhədov Sabir Şükür oğlu
Sabir Əhədov
Sabir Əhədov.
Şəxsi məlumatlar
Doğum tarixi 10 fevral 1951(1951-02-10)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 12 oktyabr 2009 (58 yaşında)
Həyat yoldaşı Mirvari Əhədova
Uşaqları Fərid, Mətin
Adının digər versiyaları Sabir Ehedov, Sabir Ahadov

Haqqında məlumatlar

 
“Zirvə” vokal-instrumental ansamblı, Sabir Əhədov mərkəzdə, 1970-ci illər.

10 fevral 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1958 – 1968-ci illərdə illərdə Nuxa/Şəki 8 saylı orta (rus) məktəbində,

1970 – 1971-ci illərdə Moskva Pedaqoji İnstitutunda (1-ci və 2-ci kurslar),

1971 – 1973-ci illərdə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda (3-cü və 4-cü kurslar) təhsil alıb.

Əmək fəaliyyəti

1974-cü ildən Şəki Musiqi Texnikumunda rus dili və ədəbiyyatı müəllimi,

1993-cü ildən ömrünün sonuna kimi STV kanalında (Türkiyə) operator və yönətici kimi fəaliyyət göstərmişdir.

Vəfatı

12 oktyabr 2009-cu il tarixdə – 58 yaşında, Türkiyədə vəfat edib.