Sadıq Murtuzayev

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:52, 4 fevral 2021 tarixli dəyişiklik

Sadıq Murtuzayev — Azərbaycan sovet partiya məmuru, filologiya elmləri namizədi, müxtəlif illərdə Azərbaycan KP Abşeron rayon, Şəki şəhər və Ağdam rayonun partiya komitələrinin birinci katibi olub.

Sadıq Murtuzayev
Murtuzayev Sadıq Nəbi oğlu
Sadıq Murtuzayev.jpg
Sadıq Murtuzayev
bayraqZaqatala rayon Partiya Komitəsinin ikinci katibibayraq
1956 — 1959
bayraqZaqatala rayon Partiya Komitəsinin birinci katibibayraq
1959 — 1962
bayraqŞəki rayon Partiya Komitəsinin birinci katibibayraq
oktyabr 1970 — 9 aprel 1980
Sələfi Aydın Kaşiyev
Xələfi Nurəddin Mustafayev
bayraqAbşeron rayon Partiya Komitəsinin birinci katibibayraq
1963 — dekabr 1980
bayraqAğdam rayon Partiya Komitəsinin birinci katibibayraq
1980 — 1988
Sələfi Telman Orucov
Xələfi Aydın Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyul 1927(1927-07-25)
Doğum yeri İlisu, Qax rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 4 fevral 2021 (93 yaşında)
Həyat yoldaşı Kəlimət Murtuzayeva
Uşaqları Nizami Murtuzayev, Nəbi Murtuzayev, Cingiz Murtuzayev, Tavat Murtuzayeva

Haqqında məlumatlar

25 iyul 1927-ci il tarixdə Zaqatala qəzasının İlisu kəndində anadan olub.

Təhsili

Pedaqoji institutun dil-ədəbiyyat fakültəsində və aspiranturada təhsil alıb.

Əmək fəaliyyəti

Zaqatala pedaqoji texnikumunda müəllim işləyib.

1952-ci ildən Azərbaycan KP Zaqatala rayon partiya komitəsində əvvəlcə təşkilat, sonra təbliğat və təşviqat şöbəsinin müdiri olub.

1956-cı ildə Azərbaycan KP Zaqatala rayon partiya komitəsin ikinci katibi, seçilib.

1959-cu ildə isə birinci katibi seçilib.

1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri,

1963 – 1990-cı illərdə Abşeron rayonunun, Şəki şəhərinin, Ağdam rayonunun və yenidən Abşeron rayonunun birinci katibi vəzifələrində çalışıb.

Elmi fəaliyyəti

1957-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

İctimai fəaliyyəti

1960-cı ildə SSRİ Ali Sovetinın deputatı seçilib.

Sov.İKP-nin XXII qurultayının nümayəndəsi olub.

30 ilə yaxın Azərbaycan KP MK-nın üzvü, Sov.İKP-nın XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi olub.

Kitabları

  • “Şeyx Şamil”, Bakı, “Vətən”, 1993. 240 səh. (İmam Mustafayevlə birlikdə).

Həmçinin, bax:

Ədəbiyyat

  • Fərzullayev M. (2017). "Qurub-yaratmaq eşqi - Sadıq Murtuzayev - 90". http://anl.az (azərb.). 525-ci qəzet.