Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Sahib Əliyev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:S{{Hərbi xadim |Adı = Sahib Əliyev |Orijinal adı = |Şəkil = Sahib_Əliyev2.jpg |Şəkil miqyası = |...' ilə yarat) tərəfindən edilmiş 16:23, 29 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Sahib Əliyev
Sahib Əliyev
Doğum tarixi 16 mart 1962 (1962-03-16) (62 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Hərbi fəaliyyəti
Rütbə polkovnik-leytenant
İstefada 2015
Təltifləri "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalıAzərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı - lent.png"Qüsursuz xidmətə görə" III dərəcəli medalı"Qüsursuz xidmətə görə" II dərəcəli medalıŞablon:"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)"Şablon:"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013))""Qüsursuz xidmətə görə" I dərəcəli medalı3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı Şablon:"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)"

Sahib Əliyev (Sahib Məmməd oğlu Əliyev; d.  16 mart 1962, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı.

Haqqında məlumatlar

1962-ci ildə Nuxada anadan olub.

1969 – 1979-cu illərdə Şəki şəhərindəki 10 saylı məktəbdə oxuyub.

1979 – 1984-cü illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis-mexanik ixtisası üzrə təhsil alıb; institutu fərqlənmə diplomu ilə və leytenant hərbi rütbəsi bitirib.

1984 – 1986-ci illərdə təyinat ilə Xəzərdənizneft Xüsusi texniki vasitəli dəniz kəşfiyyat qazma idarəsinin “Şelf-2” qazma qurğusunda mexanik, böyük mexanik vəzifələrində işləyib.

1986 – 1988-ci illərdə Orta Asia Hərbi Dairəsində hərbi xidmətdə olub; hərbi xidmətdən baş leytenant rütbəsi ilə tərxis olunub.

1988 – 1992-ci illərdə OADKYC (DOSAAF) 2 saylı Bakı Birləşmiş Texniki məktəbində işləyib.

1992 – 2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olub.

Müharibə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır.

Ailəlidir, iki oğlu var.

Mükafatları

  1. "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı – 23.02.1988 ;
  2. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı – 26.06.2003;
  3. "Qüsursuz xidmətə görə" III dərəcəli medalı – 26.06.2003;
  4. "Qüsursuz xidmətə görə" II dərəcəli medalı – 26.06.2008;
  5. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı – 19.07.2008;
  6. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013))" yubiley medalı – 24.06.2013;
  7. "Qüsursuz xidmətə görə" I dərəcəli medalı – 24.06.2013.
  8. "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı – 24.06.2014;
  9. "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı – 26.06.2018;

Şablon:Yaxşı məqalə