Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Soltan Əzizov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 2: Sətir 2:
 
{{Dövlət xadimi
 
{{Dövlət xadimi
 
| azərbaycan dilində adı      = Soltan Əzizov
 
| azərbaycan dilində adı      = Soltan Əzizov
| adın orijinalı              = Soltan Hümmət oğlu Əzizov
+
| adın orijinalı              = ''Əzizov Soltan Hümmət oğlu''
 
| portret                      = Soltan Əzizov.jpg
 
| portret                      = Soltan Əzizov.jpg
 
| portretin ölçüsü            = 300
 
| portretin ölçüsü            = 300
Sətir 43: Sətir 43:
 
}}
 
}}
  
'''Soltan Hümmət oğlu Əzizov''' (1920-2009) — dövlət xadimi, Şəki, Ağdam və Sabirabad Rayon Partiya Komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovtinin deputatı, Azərbaycan SSR Mərkəzi Komitəsinin üzvü, Sovxozlar naziri.
+
'''Soltan Əzizov''' (1920-2009) — dövlət xadimi, Şəki, Ağdam və Sabirabad Rayon Partiya Komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovtinin deputatı, Azərbaycan SSR Mərkəzi Komitəsinin üzvü, Sovxozlar naziri.
 
== Həyatı ==
 
== Həyatı ==
  

23:54, 27 iyul 2020 versiyası

Soltan Əzizov
Soltan Əzizov
bayraqŞəki Rayon Partiya Komitəsinin birinci katibibayraq
1950 — 1953
bayraqAğdam Rayon Partiya Komitəsinin birinci katibibayraq
1962 — 1963
bayraqSabirabad Rayon Partiya Komitəsinin birinci katibibayraq
1963 — 1966
Şəxsi məlumatlar
Doğum tarixi 1920
Doğum yeri Şəki
Vəfat tarixi 2009
Vəfat yeri Bakı
Təltifləri "Lenin" ordeni, Üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, "Şərəf Nişanı" ordeni

Soltan Əzizov (1920-2009) — dövlət xadimi, Şəki, Ağdam və Sabirabad Rayon Partiya Komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovtinin deputatı, Azərbaycan SSR Mərkəzi Komitəsinin üzvü, Sovxozlar naziri.

Həyatı

Soltan Əzizov 1920-ci il dekabrın 18-də Şəkidə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Şəki Kənd Təsərrüfatı Texnikumununda təhsilini davam etdirmiş və aqronom ixtisasına yiyələnmiş və Şəki rayonunun Böyük Dəhnə kolxozunda sahə aqronomu kimi əmək fəaliyyətinə başlamışdır. 1939-cu ildə hərbi xidmətə çağırılmış, İkinci Dünya Müharibəsi başladıqdan sonra qulluq etdiyi hərbi hissədə rota komandirinin müavini vəzifəsində ön cəbhədə vuruşaraq Brest, Kursk, Oryol və başqa ərazilərin düşməndən azad edilməsində, həmçinin məşhur “Baqration” əməliyyatının həyata keçirilməsində, Berlin şəhəri də daxil olmaqla Avropanın bir neçə ölkələrinin azadlıqları uğrunda gedən döyüşlərdə qəhramancasına iştirak etmişdir. Döyüş meydanında göstərdiyi şücaətə görə Soltan Hümmət oğlu Əzizov iki dəfə “Qırmızı ulduz”ordeni,1-ci və 2-ci dərəcəli Böyük Vətən Müharibəsində xidmətlərinə görə ordenləri, Kensberqin, Berlinin və digər zəbt olunmuş yerlərin alınmasına görə medallarla təltif edilmişdir.

Soltan Hümmət oğlu Əzizov 2009-cu ildə uzunsürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

Fəaliyyəti

1946-cı ildə ordudan tərxis olunduqdan sonra Vətənə qayıdan S.Əzizov 1946-1953-cü illərdə Şəki Rayon Partiya Komitəsində şöbə müdiri və birinci katib vəzifələrində işləmişdir.

1953-1956-cı illərdə Moskvada Ali Partiya məktəbində təhsil aldıqdan sonra 1959-cu ilədək Azərbaycan KP MK-da məsul təşkilatçı, birinci katibin köməkçisi olmuş, MK-nin inzibati orqanlar, plan-maliyyə və ticarət şöbəsinə rəhbərlik etmişdir.

1959-63-cü illərdə Ağdam RPK-nın, 1963-66-cı illərdə isə Sabirabad RPK-nın birinci katibi vəzifəlırində çalışmış, 1966-cı ildə bacarıqlı təşkilatçı və yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi kimi Respublika əhəmiyyətli işə irəli çəkilmiş, 1982-ci ilədək Meyvə-tərəvəz, çay, subtropik bitkilər üzrə Dövlət Komitəsinin sədri, Sovxozlar naziri və tədarük naziri vəzifələrində işləmişdir. Qeyd olunan sahələrin inkişaf etdirilməsinə, Respublikamızın iqtisadiyyatının yüksəldilməsinə və daha da irəli getməsinə böyük əmək sərf etmiş S.Əzizovun xidmətləri yüksək qiymətləndirilmiş, o, bir çox orden-medallarla, fəxri fərmanlarla mükafatlandırılmışdır.

S.Əzizov dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü seçilmişdir. Şəki şəhərindəki küçələrdən birinə S.Əzizovun adı verilmişdir.

S.Əzizov təqaüdə çıxdıqdan sonra da ölkəmizin siyasi-ictimai həyatında fəal iştirak etmiş, Respublika Ağsaqqallar Şurasının üzvü, "Qayğı" Cəmiyyəti sədrinin birinci müavini və Azərbaycan müharibə, əmək və Silahlı Qüvvələr təşkilatının rəyasət heyətinin üzvü olmuşdur. Göstərilən təşkilatların işində fəal iştirak etmişdir.

Mükafatları

  • "Lenin" ordeni
  • Üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni
  • "Şərəf Nişanı" ordeni və bir çox orden-medallar.

İstinadlar

[Ağdamın birinciləri]