Soltan Əzizov

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:28, 17 dekabr 2020 tarixli dəyişiklik

Soltan Əzizov (1920-2009) — dövlət xadimi, Nuxa, Ağdam və Sabirabad Rayon Partiya Komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovtinin deputatı, Azərbaycan SSR Mərkəzi Komitəsinin üzvü, Sovxozlar naziri.

Soltan Əzizov
Əzizov Soltan Hümmət oğlu
Soltan Əzizov
Soltan Əzizov
bayraqAzərbaycan KP Nuxa şəhər komitəsinin birinci katibibayraq
1952 — 1953
bayraqAzərbaycan KP Ağdam rayon komitəsinin birinci katibibayraq
1962 — 1963
bayraqAzərbaycan KP Sabirabad rayon komitəsinin birinci katibibayraq
1963 — 1966
Şəxsi məlumatlar
Doğum tarixi 18 dekabr 1920(1920-12-18)
Doğum yeri Şəki
Vəfat tarixi 2009
Vəfat yeri Bakı
Təltifləri "Lenin" ordeni, Üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, "Şərəf Nişanı" ordeni

Həyatı

Soltan Əzizov 1920-ci il dekabrın 18-də Şəkidə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Şəki Kənd Təsərrüfatı Texnikumununda təhsilini davam etdirmiş və aqronom ixtisasına yiyələnmiş və Şəki rayonunun Böyük Dəhnə kolxozunda sahə aqronomu kimi əmək fəaliyyətinə başlamışdır. 1939-cu ildə hərbi xidmətə çağırılmış, İkinci Dünya Müharibəsi başladıqdan sonra qulluq etdiyi hərbi hissədə rota komandirinin müavini vəzifəsində ön cəbhədə vuruşaraq Brest, Kursk, Oryol və başqa ərazilərin düşməndən azad edilməsində, həmçinin məşhur “Baqration” əməliyyatının həyata keçirilməsində, Berlin şəhəri də daxil olmaqla Avropanın bir neçə ölkələrinin azadlıqları uğrunda gedən döyüşlərdə qəhramancasına iştirak etmişdir. Döyüş meydanında göstərdiyi şücaətə görə Soltan Hümmət oğlu Əzizov iki dəfə “Qırmızı ulduz”ordeni,1-ci və 2-ci dərəcəli Böyük Vətən Müharibəsində xidmətlərinə görə ordenləri, Kensberqin, Berlinin və digər zəbt olunmuş yerlərin alınmasına görə medallarla təltif edilmişdir.

Soltan Hümmət oğlu Əzizov 2009-cu ildə uzunsürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

Fəaliyyəti

1946-cı ildə ordudan tərxis olunduqdan sonra Vətənə qayıdan S.Əzizov 1946-1953-cü illərdə Şəki Rayon Partiya Komitəsində şöbə müdiri və birinci katib vəzifələrində işləmişdir.

1953-1956-cı illərdə Moskvada Ali Partiya məktəbində təhsil aldıqdan sonra 1959-cu ilədək Azərbaycan KP MK-da məsul təşkilatçı, birinci katibin köməkçisi olmuş, MK-nin inzibati orqanlar, plan-maliyyə və ticarət şöbəsinə rəhbərlik etmişdir.

1959-63-cü illərdə Ağdam RPK-nın, 1963-66-cı illərdə isə Sabirabad RPK-nın birinci katibi vəzifəlırində çalışmış, 1966-cı ildə bacarıqlı təşkilatçı və yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi kimi Respublika əhəmiyyətli işə irəli çəkilmiş, 1982-ci ilədək Meyvə-tərəvəz, çay, subtropik bitkilər üzrə Dövlət Komitəsinin sədri, Sovxozlar naziri və tədarük naziri vəzifələrində işləmişdir. Qeyd olunan sahələrin inkişaf etdirilməsinə, Respublikamızın iqtisadiyyatının yüksəldilməsinə və daha da irəli getməsinə böyük əmək sərf etmiş S.Əzizovun xidmətləri yüksək qiymətləndirilmiş, o, bir çox orden-medallarla, fəxri fərmanlarla mükafatlandırılmışdır.

S.Əzizov dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü seçilmişdir. Şəki şəhərindəki küçələrdən birinə S.Əzizovun adı verilmişdir.

S.Əzizov təqaüdə çıxdıqdan sonra da ölkəmizin siyasi-ictimai həyatında fəal iştirak etmiş, Respublika Ağsaqqallar Şurasının üzvü, "Qayğı" Cəmiyyəti sədrinin birinci müavini və Azərbaycan müharibə, əmək və Silahlı Qüvvələr təşkilatının rəyasət heyətinin üzvü olmuşdur. Göstərilən təşkilatların işində fəal iştirak etmişdir.

Mükafatları

  • "Lenin" ordeni
  • Üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni
  • "Şərəf Nişanı" ordeni və bir çox orden-medallar.

İstinadlar

[Ağdamın birinciləri]

Ədəbiyyat

Vaqif Əhmədov (04 oktyabr 2019-cu il). "Görkəmli ictimaiyyətçi və qayğıkeş insan Soltan Əzizov" (PDF). http://veteran.gov.az/ (azərb.).

Ədəbiyyat