Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Soltan Əzizov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Xatirəsi) tərəfindən edilmiş 10:48, 18 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Soltan Əzizov
Əzizov Soltan Hümmət oğlu
Soltan Əzizov
Soltan Əzizov
bayraqAzərbaycan SSR tədarük naziribayraq
 — 1982
Şəxsi məlumatlar
Doğum tarixi 18 dekabr 1920(1920-12-18)
Doğum yeri Qışlaq kəndi, Nuxa, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1920-1921).svg Azərbaycan SSR
Vəfat tarixi 2009
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Təltifləri Lenin ordeniLenin ordeniLenin ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "Şərəf Nişanı" ordeni

Soltan Əzizov (1920 – 2009) — Azərbaycan sovet partiya və dövlət xadimi. Nuxa şəhər, Ağdam və Sabirabad rayon partiya komitələrinin birinci katibi, Azərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziri vəzifələrində çalışıb.

Haqqında məlumatlar

18 dekabr 2010-ci il tarixdə Nuxa şəhərinin Qışlaq kəndində anadan olub.

Təhsili

Nuxa Kənd Təsərrüfatı texnikumunu bitirib.

1942-ci ildə sovet ordusunda siyasi rəhbər kursunda oxuyub.

1953 – 1956-cı illərdə Moskvada – Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil alıb.

Hərbi xidmətdə

1939 – 1946-cı illərdə sovet ordusunda hərbi xidmət edib. 1942-ci ildən 848 №-li alayın siyasi rəhbəri olub. Brest, Kursk, Oryol, Berlin və s. şəhərlər uğrunda döyüşlərdə iştirak edib, bölük komandirinin müavini olub, 2 orden və 6 medalla təltif olunub.

Əmək fəaliyyəti

1939-cu ilədək Nuxa rayonunun Böyük Dəhnə kəndindəki kolxozda MTS-də sahə aqronomu işləyib.

1946 – 1952-cü illərdə Azərbaycan KP Nuxa şəhər partiya komitəsində əvvəl hərbi şöbənin, sonra isə kənd təsərrüfatı şöbəsinin müdiri,

1952 – 1953-cü illərdə isə birinci katib vəzifəsində işləyib.

1956 – 1958-ci illərdə Azərbaycan KP MK-da birinci katibin köməkçisi,

1958 – 1959-cu illərdə isə şöbə müdiri olub.

1959 – 1962-ci illərdə Azərbaycan KP Ağdam rayon partiya komitəsinin,

1959 – 1966-ci illərdə isə Azərbaycan KP Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.

1966 – 1982-ci illərdə əvvəl Azərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonra isə Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziri olub.

İctimai-siyasi fəaliyyəti

Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı və Azərbaycan KP MK-nın üzvü seçilib.

Təqaüdə çıxdıqdan sonra Azərbaycan Ağsaqqallar Şurasının üzvü və “Qayğı” cəmiyyəti sədrinin birinci müavini olub.

Mükafatları

Vəfatı

2009-cu ildə Bakıda vəfat edib

Xatirəsi

2015-ci ildə 95 illik yubileyi Şəki şəhər İH-nin akt zalında təntənə ilə qeyd olunmuşdur.

Ədəbiyyat

Vaqif Əhmədov (04 oktyabr 2019-cu il). "Görkəmli ictimaiyyətçi və qayğıkeş insan Soltan Əzizov" (PDF). http://veteran.gov.az/ (azərb.).

Həmçinin, bax:

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.