Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Soltan Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:16, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Soltan Abdullayev
Abdullayev Soltan Məmməd oğlu
Soltan Abdullayev
Soltan Abdullayev, 1980-cı il
Doğum tarixi 15 fevral 1930(1930-02-15)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 iyun 2002 (72 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan Respublikası
Həyat yoldaşı Binyət Abdullayeva
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili
Mükafatları "Əmək veteranı" medalı

Soltan Abdullayev ( Abdullayev Soltan Məmməd oğlu; d.  15 fevral 1930-cu il, Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö.  20 iyun 2002-ci il, Şəki, Azərbaycan Respublikası) – dövlət və partiya məmuru, Azərbaycan KP Şəki Şəhər Komitəsinin katibi (1970 – 1973) və bir sıra digər məsul partiya, dövlət, həmkarlar və təsərrüfat vəzifələrində işləmişdir.

Haqqında məlumatlar

1930-cu ildə Nuxada anadan olub.

Nuxa 12 №li orta məktəbdə oxuyub.

1946 – 1949-cu illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb.

1949-cu ildə Nizami adına kolxozda (Bideyiz kəndində) aqronom kimi əmək fəaliyyətinə başlayıb.

1950 – 1955-ci illərdə S.Ağamalıoğlu adına Kirovabad Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universitetində) təhsil alıb.

1955 – 1963-cü illərdə S.M.Kirov adına Qışlaq kolxozunda Kənd təsərrüfatı Nazirliyinin toxumçu aqronomu, baş aqronom, Daşüz camışçılıq sovxozunda baş aqronom, rayon aqrokimya laboratoriyasının müdiri, Nuxa və Vartaşen rayon Kolxoz-sovxoz Məhəlli İstehsalat İdarəsində baş aqronom və təşkilatçı müfəttiş, Nuxa Şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb.

1958-ci ildə Moskva şəhərində SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olub.

1963 – 1965-ci illərdə Bakı Ali Partiya Məktəbinin(az) dinləyicisi olub.

1965 – 1968-ci illərdə Nuxa/Şəki Şəhər Partiya Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri,

1968 – 1970-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləyib.

1970 – 1973-cü illərdə Azərbaycan KP Şəki Şəhər Komitəsinin katibi,

1974 – 1976-cı illərdə Şəki Şəhər Həmkarlar İttifaqları Şurasının sədri,

1976 – 1985-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsində təşkilat şöbəsinin müdiri,

1985 – 1992-ci illərdə Şəki rayon Bitki Mühafizəsi Stansiyasının rəisi olub.

1992-ci ildə təqaüdə çıxdıqdan sonra Şəki İpəkçilik İdarəsində aqronom işləyib.

2002-ci ildə Şəkidə vəfat edib.

İctimai fəaliyyyəti

  • Müxtəlif illərdə Nuxa/Şəki və Vartaşen rayonlarının Xalq Deputatları Sovetlərinin deputatı seçilib.
  • 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü və vəfatına qədər keçirilən YAP Şəki təşkilatının bütün konfranslarının nümayəndəsi olub.
  • “Sovet kəndi”, “Nuxa fəhləsi”/“Şəki fəhləsi” və “İpəkçi” qəzetlərində partiya, sovet və təsərrüfat həyatının müxtəlif sahələrinə dair məqalələri dərc olunub.

Mükafatları

  • ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan Həmkarlar ittifaqları Mərkəzi Şurasının, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan KP Şəki Şəhər Komitəsinin fəxri fərmanları;
  • “Sosializm yarışının qalibi” döş nişanları;
  • “Əmək veteranı” medalı.

Ailəsi

Şablon:Yaxşı məqalə