Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Tünzalə Məmmədzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Tünzalə Məmmədzadə
Məmmədzadə Tünzalə Adışirin qızı
Tünzalə Məmmədzadə
Tünzalə Məmmədzadə.
Doğum tarixi 3 may 1983 (1983-05-03) (38 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Bakı Pedaqoji Kolleci, ingilis dili müəllimliyi fakültəsi (1998–2002)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, memarlıq və dizayn fakültəsi, bakalavriat (2004–2008)

Qərb Universiteti, moda dizayn fakültəsi, magistratura (2008–2010)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, doktorantura (2011–2014)

Mərmərə Universiteti, Türkiyə Araşdırmaları İnstitutu, doktorantura (2014–2018)

Tünzalə Məmmədzadə — rəssam-dizayner və pedaqoq. Daha çox Qurani-Kərimin bütün mətnini ipək parça üzərinə köçürməsi ilə tanınır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

3 may 1983-cü il tarixdə Şəkidə anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1990 – 1997-ci illərdə Şəki şəhər 18 saylı orta məktəbində,

1998-ci ildə isə Bakı şəhər 153 saylı orta məktəbində orta təhsil alıb.

Eyni zamanda Uşaq İncəsənət məktəbində musiqi (pianino) təhsili alıb.

1998 – 2002-ci illərdə Bakı Pedaqoji Kollecinin ingilis dili müəllimliyi fakültəsində orta ixtisas,

2004 – 2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının memarlıq və dizayn fakültəsində bakalavr,

2008 – 2010-cu illərdə Qərb Universitetinin moda dizayn fakültəsində magistr təhsili alıb.

2011 – 2014-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının,

2014 – 2018-ci illərdə Mərmərə Universitetinin Türkiyə Araşdırmaları İnstitutunun doktorantı olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tünzalə Məmmədzadəyə mükafat təqdim edərkən, İstanbul, 12 yanvar 2018.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

2012 – 2014-ci illərdə Bakı Humanitar Kollecində dizayn fənnini tədris edib.

2019-cu ildən Bakı Mühəndislik Universitetinin dəvəti ilə memarlıq və dizayn kafedrasında pedaqoji fəaliyyətini davam etdirir.

Yaradıcılığı[redaktə | HTML redaktə]

Ənənəvi olmayan dizaynlı memarlıq layihələrinin müəllifidir. Əsərləri Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Şəffaf ipək üzərinə qeyri-adi tablolar işləyə bilir. Qurani Kərimin bütün mətnini qızılı və gümüşü boyalarla qara ipək parça üzərinə köçürüb; o, bu işi həyata keçirmək üçün 3 il vaxt sərf edib.

Digər[redaktə | HTML redaktə]

2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 113 saylı Şəki Şəhər Seçki Dairəsindən namizəd olmuş, lakin seçilməmişdir.