Tünzalə Məmmədzadə

Tünzalə Məmmədzadə — tanınmış rəssam-dizayner; daha çox Qurani-Kərimin bütün mətnini ipək parça üzərinə köçürməsi ilə tanınır.

Tünzalə Məmmədzadə
Məmmədzadə Tünzalə Adışirin qızı
Tünzalə Məmmədzadə
Tünzalə Məmmədzadə.
Doğum tarixi 3 may 1983 (1983-05-03) (41 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Bakı Pedaqoji Kolleci, ingilis dili müəllimliyi fakültəsi (1998–2002)

 • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, memarlıq və dizayn fakültəsi, bakalavriat (2004–2008)

 • Qərb Universiteti, moda dizayn fakültəsi, magistratura (2008–2010)

 • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, doktorantura (2011–2014)

 • Mərmərə Universiteti, Türkiyə Araşdırmaları İnstitutu, doktorantura (2014–2018)
Adının digər versiyaları Tunzale Memmedzade, Tunzale Mammadzade, Тунзале Мамедзаде, Түнзалә Мәммәдзадә
facebook səhifəsi

Haqqında məlumatlar

3 may 1983-cü il tarixdə Şəkidə anadan olub.

Təhsili

1990 – 1997-ci illərdə Şəki şəhər 18 saylı orta məktəbində,

1998-ci ildə isə Bakı şəhər 153 saylı orta məktəbində orta təhsil alıb.

Eyni zamanda Uşaq İncəsənət məktəbində musiqi (pianino) təhsili alıb.

1998 – 2002-ci illərdə Bakı Pedaqoji Kollecinin ingilis dili müəllimliyi fakültəsində orta ixtisas,

2004 – 2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının memarlıq və dizayn fakültəsində bakalavr,

2008 – 2010-cu illərdə Qərb Universitetinin moda dizayn fakültəsində magistr təhsili alıb.

2011 – 2014-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının,

2014 – 2018-ci illərdə Mərmərə Universitetinin Türkiyə Araşdırmaları İnstitutunun doktorantı olub.

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tünzalə Məmmədzadəyə mükafat təqdim edərkən, İstanbul, 12 yanvar 2018.

Əmək fəaliyyəti

2012 – 2014-ci illərdə Bakı Humanitar Kollecində dizayn fənnini tədris edib.

2019-cu ildən Bakı Mühəndislik Universitetinin dəvəti ilə memarlıq və dizayn kafedrasında pedaqoji fəaliyyətini davam etdirir.

Yaradıcılığı

Ənənəvi olmayan dizaynlı memarlıq layihələrinin müəllifidir. Əsərləri Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Şəffaf ipək üzərinə qeyri-adi tablolar işləyə bilir. Qurani Kərimin bütün mətnini qızılı və gümüşü boyalarla qara ipək parça üzərinə köçürüb; o, bu işi həyata keçirmək üçün 3 il vaxt sərf edib.

İctimai aktivliyi

2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 113 saylı Şəki Şəhər Seçki Dairəsindən namizəd olmuş, lakin seçilməmişdir.