Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Tələt Mehdiyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 18: Sətir 18:
 
  |Uşağı                =  İbrahim və Asim
 
  |Uşağı                =  İbrahim və Asim
 
  |Atası                =  [[Vahid Mehdiyev]]
 
  |Atası                =  [[Vahid Mehdiyev]]
  |Anası                =
+
  |Anası                = Şahnigar Mehdiyeva
 
  |Elm sahəsi            =  
 
  |Elm sahəsi            =  
 
  |Elmi dərəcəsi        = aqrar elmlər üzrə fəlsəfə doktoru
 
  |Elmi dərəcəsi        = aqrar elmlər üzrə fəlsəfə doktoru
Sətir 27: Sətir 27:
  
 
{{*}}Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutu, dissertantura (2007–2011)
 
{{*}}Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutu, dissertantura (2007–2011)
  |Elmi rəhbəri          =  
+
  |Elmi rəhbəri          = kənd təsərrüfatı
 
  |Tanınmış yetirmələri  =  
 
  |Tanınmış yetirmələri  =  
 
  |Tanınır              = <!--Alimə fəaliyyətinə görə verilən ləqəb-->
 
  |Tanınır              = <!--Alimə fəaliyyətinə görə verilən ləqəb-->

03:11, 8 fevral 2022 versiyası

Tələt Mehdiyev
Mehdiyev Tələt Vahid oğlu
Tələt Mehdiyev
Tələt Mehdiyev.
Doğum tarixi 16 fevral 1963 (1963-02-16) (61 yaş)
Doğum yeri Nuxa (indiki Şəki) rayonunun Qoxmuq, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi, Şəki Rayon Mərkəzi (rəis)
Elmi dərəcəsi aqrar elmlər üzrə fəlsəfə doktoru
Təhsili

 • S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, bitki mühafizəsi fakültəsi (1981–1986)

 • Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutu, dissertantura (2007–2011)
Həyat yoldaşı Qızılgül Mehdiyeva
Uşaqları İbrahim və Asim
Atası Vahid Mehdiyev
Anası Şahnigar Mehdiyeva
Elmi rəhbəri kənd təsərrüfatı
Mükafatları "Tərəqqi" medalı — 2015
facebook səhifəsi

Tələt Mehdiyev — kənd təsərrüfatı sahəsi üzrə tanınmış mütəxəssis, aqrar elmlər üzrə fəlsəfə doktoru, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki Rayon Mərkəzinin rəisi.

Haqqında məlumatlar

16 fevral 1963-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində, ziyalı ailəsində anadan olub.

Təhsili

1980-cı ildə orta məktəbi bitirib.

1981 – 1986-cı illərdə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (bitki mühafizəsi fakültəsi),

2007 – 2011-ci illərdə Elmi Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun dissertanturasında təhsil alıb.

Əmək fəaliyyəti

1980 – 1981-ci illərdə Şəki Kolxozlararası Tikinti Trestində ikinci dərəcəli fəhlə,

1986 – 2003-cü illərdə Şəki rayon Bitki Mühafizəsi Stansiyasında aparıcı aqronom vəzifəsində işləyib.

2003-cü ildən Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki Rayon Mərkəzinin rəisi vəzifəsində çalışır.

Elmi fəaliyyəti

“Şəki – Zaqatala bölgəsinin payızlıq taxıl əkinlərində alaq otlarına qarşı mübarizə tədbirlərinin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 40-dan artıq elmi əsərin müəllifidir.

Təltif və mükafatları

İctimai-siyasi aktivliyi

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

Ailəlidir, iki övladı var.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında : [arx. 29.10.2017] // E-qanun.az. — 2015. — 29 oktyabr. — Müraciət tarixi: 07.02.2022.