Taleh Yusubov — tanınmış musiqiçi və musiqiçi-pedaqoq, “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və solisti.

Taleh Yusubov
Yusubov Taleh Valeh oğlu
Taleh Yusubov
Taleh Yusubov.
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyul 1951 (1951-07-07) (72 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Şəki/Nuxa Orta İxtisas Musiqi Məktəbi (1966–1969; 1970–1971)

 • Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, maşınqayırma şöbəsi (1969–1970 və 1971–1975)
facebook səhifəsi

Haqqında məlumatlar

7 iyul 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1958 – 1968-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1959 – 1966-сı illərdə Nuxa şəhər 1 №-li uşaq musiqi məktəbinin fortepiano sinfində,

1966 – 1969 və 1970 – 1971-ci illərdə Şəki/Nuxa Orta İxtisas Musiqi Məktəbində,

1969 – 1970 və 1971 – 1975-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun maşınqayırma şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1975 – 1976-cı illərdə təyinatla Mingəçevir yol nəqliyyatı zavodunda mühəndis-konstruktor işləyib.

1976 – 1984-cü illərdə Şəkidə mədəniyyət şöbəsində, elektrik şəbəkəsi idarəsində, ət-süd kombinatında, V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyinin klubunda müxtəlif vəzifələrdə,

1984 – 2002-ci illərdə Şəki İpək kombinatında sex rəisi,

2003 – 2021-ci illərdə Şəki Musiqi kollecində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışıb.

2021-ci ildə təqaüdə çıxıb.

Musiqi fəaliyyəti

1971 – 1973-cü illərdə, təhsil aldığı Politexnik İnstitutunun xalq çalğı alətləri ansamblında (ansambla bəstəkar, xalq artisti Nəriman Əzimovun rəhbərlik edirdi) royal ifaçısı olub,

1971-ci ildə Daşkənddə keçirilən “Taşpi-71” Ümumittifaq Festivalında,

1972-ci ildə isə SSRİ-nin 50 illiyinə həsr olunmuş Ümumittifaq Televiziya Festivalında çıxış edib (bu konsertlər televiziya kanalı vasitəsi ilə SSRİ-nin bütün ərazisinə canlı yayımlanırdı).

1971-ci ildən əvvəl Şəki İpək kombinatının “Təbəssüm” estrada ansamblının, az sonra isə Şəki mədəniyyət evinin “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və üzvü,

1976-cı ilin yayından Rahib Məmmədovun Füzuli adına Şəki mədəniyyət və istirahət parkının nəzdində yeni yaratdığı estrada ansamblının üzvü olub.

2009-cu ilədək “Zirvə”nin solisti kimi fəaliyyət göstərib (ansambl 1978-cı ilin iyul ayında Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Komsomolunun 60 illiyinə həsr olunmuş müsabiqədə 1-ci yeri tutmuş, dəfələrlə Azərbaycan Televiziyasında, Bakıda keçirilən Respublika əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, Azərbaycanın bir çox şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur).

Ədəbiyyat

Təhmirazqızı S. Taleh Yusubov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 189. — 300 nüsx.