Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Tamilla Mahmudova

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (→‎Videolar) tərəfindən edilmiş 13:29, 17 fevral 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
......
Tamilla Mahmudova
Mahmudova Tamilla Zahid qızı
rus.: Махмудова Тамилла Захид гызы
Tamilla Mahmudova
Tamilla Mahmudova.

Tamilla Mahmudova (1931–2014) — beynəlxalq səviyyədə tanınmış pianoçu, Azərbaycan SSR xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru.

Haqqında məlumatlar

21 aprel 1931-ci il tarixdə Bakıda anada olub.

Təhsili

İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor Kövkəb Səfərəliyevanın sinfində alıb.

1953-cü ildə Moskva Dövlət Konservatoriyasını,

1957-ci ildə isə Y.Zakın sinfində aspiranturanı bitirib.

Pianoçu fəaliyyəti

Repertuarına Qərbi Avropa və rus klassik bəstəkarlarının ən mürəkkəb, virtuoz əsərləri daxil idi. Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, A.Məlikov və A.Sultanovanın musiqisi də onun konsert proqramlarında həmişə xüsusi yer tutub.

Təltif və mükafatları

Digər

Musiqi haqqında çoxsaylı məqalələr, xatirələr kitabı yazıb.

İlk dəfə iki yaşı olanda Nuxada (indiki Şəki) – babasının evində “Offengerr” şirkətinin (Almaniya) istehsalı olan röyalı görüb və bu onun çox xoşuna gəlib. 73 yaşı olanda yenidən babasının evinə – indiki Sabit Rəhmanın ev muzeyinə gedib və həmin röyalı öz yerində görəndə xeyli kövrəlib, başlayıb ağlamağa.

Vəfatı

12 sentyabr 2014-cü il tarixdə – 83 yaşında, Moskvada vəfat edib.

Ailəsi

Atası

Mahmudov Zahid Kərim oğlu — 17 fevral 1903-cü il tarixdə Nuxada anadan olub. 3-cü dərəcəli hərbçi-baytar-həkim (rus.: военветврач) idi. 1928-ci ilin noyabr ayından sovet ordusunda xidmət edirdi. Böyük Vətən müharibəsində – 1942-ci ildə həlak olub. Məşhur yazıçı, dramaturq və ssenarist Sabit Rəhmanın (1910–1970) böyük qardaşı, tanınmış bəstəkar Emin Sabitoğlunun isə əmisidir.

Uşaqları

Oğlu: Mikayıl (jurnalist).

Qızı: Cənnət (musiqiçi-konsertmeyster).

İstinadlar

Ədəbiyyat

  1. Махмудов Заид Корим-оглы : [arx. 03.09.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 03.09.2022.
  2. T.Z.Mahmudovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında // E-qanun.az. — 2002. — 2 aprel. — Müraciət tarixi: 03.09.2022.
  3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında : [arx. 15 Apr 2021 - 16 Apr 2021] // E-qanun.az. — 2004. — 23 dekabr. — Müraciət tarixi: 03.09.2022.
  4. ... Горячая азербайджанка, или Путь от рояля в горах Шеки к мировой славе…Тамилла Махмудова : [arx. 11.05.2021] : [rus.] // Trend. — 2021. — 21 апреля. — Müraciət tarixi: 03.09.2022.
  5. Azərbaycanın Xalq artisti Tamilla Mahmudovanın 90 yaşı tamam olur : [arx. 03.09.2022] // Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi saytı. — 2021. — 21 aprel. — Müraciət tarixi: 03.09.2022.

Videolar

Bildiriş

...

...