Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Tofiq Kazımov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:15, 9 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Tofiq Kazımov
Kazımov Tofiq Hüseyn oğlu
Tofiq Kazımov
Tofiq Kazımov
Doğum tarixi 14 fevral 1947(1947-02-14)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 13 sentyabr 2009 (62 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1961 – 1965)

Tbilisi Rəssamlıq Akademiyası (1967 – 1972)
Atası Hüseyn Rəşidov
Anası Səyyarə Rəşidova
Uşaqları Nigar və İradə
Həyat yoldaşı Tamara

Tofiq Kazımov (1947 – 2009) – rəssam-pedaqoq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika kafedrasının müəllimi.

Haqqında məlumatlar

14 fevral 1947-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1961 – 1965-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində,

1967 – 1972-ci illərdə Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb.

Əmək fəaliyyəti

Tofiq Kazımovun vəfatı ilə bağlı “Vışka” qəzetində dərc olunmuş nekroloq

1972-ci ildən Azərbaycan SSR Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri üzrə Dövlət Komitəsində baş rəssam,

1983 – 2007-ci illərdə əvvəl M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun, sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika kafedrasında müəllim işləyib.

Yaradıcı fəaliyyəti

Çoxlu sayda qrafika və rəsm əsərinin müəllifidir. 80-dən çox kitaba illüstrasiya çəkib. Bir sıra sərgilərdə, o cümlədən beynəlxalq sərgilərdə iştirak etmişdir.

Vəfatı

13 sentyabr 2009-cu il tarixdə – 62 yaşında, uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib və Bakıda da dəfn olunub.

Şablon:Yaxşı məqalə