Səyyarə Rəşidova
Səyyarə Rəşidova | |
---|---|
Rəşidova Səyyarə İsmayıl qızı | |
Səyyarə Rəşidova. | |
Anadan olub | 1923 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR |
Vəfat edib | 30 noyabr 1996 (73 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Həyat yoldaşı | Hüseyn Kazımov |
Uşaqları | Tamilla Məmmədova (1946), Tofiq Kazımov (1947–2009), Elmira Rəcəbova (1958) |
Təhsili |
• Nuxa Pedaqoji Texnikumu (–1941) • Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1964–) |
Səyyarə Rəşidova (1923–1996) — Böyük Vətən müharibəsi illərindən etibarən sovet dövrünün sonlarınadək Azərbaycanda müxtəlif məsul vəzifələrdə çalışmış tanınmış qadın kadr və iqtisadçı. Əvvəl Nuxa radio verilişləri müvəkkili, sonra Nuxa rayon partiya komitəsində təbliğat-təşviqat şöbəsinin (rus.: организационно-инструкторский отдел) müdiri və s. vəzifələrdə işləmiş, daha sonra Bakıya köçmüş, Bakıdakı müxtəlif təşkilat və müəssisələrdə iqtisadçı, baş iqtisadçı və s. vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1923-cü ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1941-ci ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.
1964 – 1969-cu illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1942 – 1945-ci illərdə Nuxa radio verilişləri müvəkkili,
1950 – 1956-cı illərdə Nuxa rayon partiya komitəsində təbliğat-təşviqat şöbəsinin (rus.: организационно-инструкторский отдел) müdiri vəzifəsində işləyib.
1956–cı ildə Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Kirov adına artelə işə keçirilib.
1964-cü ildə Bakı şəhər sovetində instruktor vəzifəsinə təyin olunub.
1965 – 1969-cu illərdə Azərbaycan SSR Plan Komitəsi nəzdindəki İqtisadiyyat Elmi-Tədqiqat İnstitutunun əmək və həyat səviyyəsi şöbəsində iqtisadçı,
1969 – 1970-ci illərdə “Tərəvəz konservləri” (rus.: Консервплодовощ) baş idarəsində baş iqtisadçı,
1970 – 1971-ci illərdə “Sovxoztikinti” (rus.: Совхозстрой) ümumi tikinti trestində maliyyə şöbəsinin müdiri,
1971 – 1973-cü illərdə isə iqtisadi analiz laboratoriyasının müdiri,
1973 – 1990-cı illərdə isə müxtəlif müəssisə və təşkilatlarda baş iqtisadçı vəzifəsində çalışıb.
İctimai fəaliyyəti[redaktə | HTML redaktə]
1951-ci ildə Nuxa rayon zəhmətkeş deputatları Sovetinə, 1953-cü ildə isə Nuxa şəhər zəhmətkeş deputatları Sovetinə deputat seçilib.
28 noyabr 1951-ci il tarixdə baş tutmuş rayon sovetinin dördüncü sessiyasında, Nuxa rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin heyətinə daxil edilib.
Vəfatı[redaktə | HTML redaktə]
30 noyabr 1996-cı il tarixdə – 73 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Üçüncü çağırış rayon zəhmətkeş deputatları Sovetinin sessiyası // Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına Nuxa mətbəəsi, 1951. — В. 28 noyabr. — № 141 (4.665). — Səh. 1.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
Rəşidovların nəsil şəcərəsi[HTML redaktə]
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər[HTML redaktə]
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |