Vüqar İskəndərov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Vüqar İskəndərov
İskəndərov Vüqar Yapon oğlu
Vüqar İskəndərov
Vüqar İskəndərov.
Doğum tarixi 30 dekabr 1972 (1972-12-30) (51 yaş)
Doğum yeri Şəki, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Laqodexi Elmi Tədris İnstitutu, hüquq fakültəsi (Gürcüstan Respublikası, 1996–2001)

 • Azərbaycan Dövlət Aqrar Universiteti, iqtisadiyyat fakültəsi (2012–2014)
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı
facebook səhifəsi

Haqqında məlumatlarRedaktə

30 dekabr 1972-ci il tarixdə Şəkidə anadan olub.

TəhsiliRedaktə

1979 – 1989-cu illərdə Şəki şəhər 17 №-li orta məktəbində,

1996 – 2001-ci illərdə Laqodexi Elmi Tədris İnstitutunun (Gürcüstan Respublikası) hüquq fakültəsində,

2012 – 2014-cü illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb.

Hərbi xidmətdəRedaktə

1991-1992-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətiRedaktə

1993 – 1995-ci illərdə “Məsul” İdman Cəmiyyətinin Şəki şöbəsində karate-do üzrə məşqçi-müəllim,

1995 – 1998-ci illərdə “Müstəqil Nəqliyyat Birliyi”ndə texniki təhlükəsizlik üzrə mühəndis,

1998 – 1999-cu illərdə Şəki 62 nömrəli Təmir-tikinti idarəsində iqtisadçı,

1999 – 2000-ci illərdə Şəki rayon Kooperativlər İttifaqında hüquqşünas,

2001 – 2005-ci illərdə 26 Şəki Mərkəzi Rayon Xəstəxanasının BUX-da hüquq məsləhətçisi vəzifəsində işləyib.

2005-ci ilin 29 dekabr tarixindən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi olub.

2020-ci ildə 113 saylı Şəki şəhər seçki dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

İctimai-siyasi fəaliyyətiRedaktə

Müxtəlif illərdə Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı sədrinin müavini və Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü olub.

2010 – 2015-ci illərdə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olub.

Təltif və mükafatlarıRedaktə

İdman fəaliyyətiRedaktə

1990-cı ildən taekvando şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olub.

2001-ci ildə isə Azərbaycan Taekvando Federasiyasının şimal-qərb regionunun sədri vəzifəsinə,

1995-ci ildə isə Azərbaycan karate-do Federasiyasının Assosiasiyasının şimal-qərb regionun sədri vəzifəsinə təyin edilib.

1995-ci ildən Azərbaycan karate-do üzrə yığma komandasının üzvü olub.

2001-ci ildə respublika rayonları arasında ilk dəfə olaraq şərq döyüşü növləri üzrə xüsusi məktəb yaratmışdır. Məktəbin 20-dən çox yetirməsi beynəlxalq dərəcəli qara kəmər ustalıq normasını ödəmiş, 30-dan çox tələbə isə beynəlxalq respublika turnir və çempionatlarının qalibləri və mükafatçıları olmuşlar.

İdman uğurlarıRedaktə

  • 1991-ci il, Taekvando döyüş növü üzrə respublika turniri, II-yer;
  • 1994-cü i, Taekvando döyüş növü üzrə respublika turniri, I-yer;
  • 1996-cı il, Taekvando döyüş növü üzrə respublika turniri, III-yer;
  • 2003-cü il, Şotokan karate-do üzrə Avropa çempionatı, I-yer;
  • “Azərbaycan Respublikasının əməkdar məşqçisi” adı.

AiləsiRedaktə

Ailəlidir. 2 övladı var.