Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Vüqar Kərimov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 51: Sətir 51:
 
==İstifadə edilmiş əsas mənbə==
 
==İstifadə edilmiş əsas mənbə==
 
[http://socar.az/kimya70/vuqar_kerimov.html ''Rafiq Oday''. “İnsanlar, qoruyaq təbiəti biz” (socar.az)].
 
[http://socar.az/kimya70/vuqar_kerimov.html ''Rafiq Oday''. “İnsanlar, qoruyaq təbiəti biz” (socar.az)].
 +
{{Yaxşı məqalə}}

06:49, 16 aprel 2020 versiyası

Vüqar Kərimov
Vüqar Kərimov
Vüqar Kərimov
bayraqAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavinibayraq
15 aprel 2010
Şəxsi məlumatlar
Doğum tarixi 2 aprel 1973 (1973-04-02) (51 yaş)
Doğum yeri Kiş, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

Vüqar Kərimov (Kərimov Vüqar Nəzir oğlu ; d.  2 aprel 1973-cü il, Kiş, Şəki rayonu, Azərbaycan SSR, SSRİ) – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini; biologiya elmləri namizədi, botanika və ekologiya sahəsində 25-dən çox elmi məqalənin və 3 kitabın müəllifi, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın isə həmmüəllifidir.

Haqqında məlumatlar

1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.

1990 – 1995-ci illərdə Gəncə Dövlət Universitetində, 2010 – 2013-cü illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

1995 – 1998-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasında oxuyub, 1998 – 2008-ci illərdə həmin institutda kiçik elmi işçi vəzifəsindən laboratoriya və şöbə müdiri vəzifələrinədək yüksəlib.

2000-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

2008 – 2010-cu illərdə ARDNŞ-nin Ekologiya İdarəsində əvvəl departament rəisinin müavini, sonra departament rəisi vəzifəsində çalışıb.

2010 – 2012-ci illərdə Ekologiya İdarəsinin rəis müavini vəzifəsində işləyib.

2012-ci ilin noyabr ayından 15 aprel 2020-ci il tarixinədək “Azərikimya” İB İcraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini vəzifəsində çalışıb.

O cümlədən, ETSN-da aparat rəhbəri idi.

Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixində imzaladığı sərəncamla Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə təyin edilib.

İstifadə edilmiş əsas mənbə

Rafiq Oday. “İnsanlar, qoruyaq təbiəti biz” (socar.az). Şablon:Yaxşı məqalə