Vüqar Məmmədov

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:03, 21 sentyabr 2021 tarixli dəyişiklik

Vüqar Məmmədov — tanınmış hüquqşünas, Gəncə Hərbi Məhkəməsinin sədri.

Vüqar Məmmədov
Məmmədov Vüqar Kamal oğlu
Vüqar Məmmədov
Vüqar Məmmədov.
Doğum tarixi 12 iyun 1972 (1972-06-12) (51 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, hüquq fakültəsi (–1999)
İş yeri Gəncə Hərbi Məhkəməsi (sədr)

Haqqında məlumatlar

12 iyun 1972-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1979 – 1989-cu illərdə Şəki şəhər 7 №-li orta məktəbində təhsil alıb.

1999-cu ildə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakültəsini (qiyabi) bitirib.

Əmək fəaliyyəti

1996-cı ildə “Ərk Qalası” firmasında hüquqşünas,

1996 – 2000-cı illərdə Bakı Qarnizonu Hərbi Məhkəməsində iclas katibi,

2000 – 2008-cı illərdə Respublika Apelyasiya Məhkəməsində iclas katibi,

2008 – 2013-cü illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi,

2013 – 2017-cı illərdə Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

2017-ci ildən Gəncə Hərbi Məhkəməsinin sədridir.

Ədəbiyyat

  1. "Məmmədov Vüqar Kamal oğlu - Gəncə Hərbi Məhkəməsi". https://www.courts.gov.az/ (azərb.). Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası. 26 Jun 2021 tarixində arxivləşdirilib.