Vəli Əliyev

WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:V{{Alim |Adı = Vəli Əliyev |Orijinal adı = Əliyev Vəli Hüseyn oğlu |Şəkil = Vəli Əliyev.jpg |Şək...' ilə yarat) tərəfindən edilmiş 17:15, 27 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Vəli Əliyev (Vəli Hüseyn oğlu Əliyev; d.  20.07.1936, Nuxa rayonu, Daşbulaq kəndi) — tarixçi alim, Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü (2003)[1].

Vəli Əliyev
Əliyev Vəli Hüseyn oğlu
Vəli Əliyev
Doğum tarixi 20 iyul 1936(1936-07-20)
Doğum yeri Nuxa rayonu, Daşbulaq kəndi
Vəfat tarixi 8 yanvar 2020 (83 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi tarix, arxeologiya
İş yeri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri
Elmi dərəcəsi Tarix üzrə elmlər doktoru
Elmi adı professor, AMEA-nın müxbir üzvü
Atası Hüseyn
Anası Mehriban

Haqqında məlumatlar

1936-cı ildə Nuxa rayonunun Daşbulaq kəndində anadan olmuşdur.

1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib.

1994-cü ildə professor elmi adını alıb.

2003-cü ildən AMEA-nın müxbir üzvü idi.

Əsərləri

Monoqrafiyaları

  1. Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti. Bakı: 1977;
  2. Qədim Naxçıvan. Bakı: 1979.
  3. Ağsunun tarixi səhifələri, Bakı: "ADĠLOĞLU" nəşriyyatı - 2001, 94 s. (Həmmüəllif F.S.Xəlilov).
  4. Naxçıvan Azərbaycanın tarixi diyarıdır.
  5. Naxçıvanın Qədim qala şəhərləri.
  6. Qədim Qarabağ.
  7. Azərbaycanın orta tunc dövrü mədəniyyəti. Bakı: Elm, 1991.
  8. Naxçıvan. Bakı: 2002
  9. Gəmiqaya. Bakı: "Zeynalov və oğulları", 147 s.
  10. Əziz Əliyev böyük alim və görkəmli dövlət xadimidir // Tarixi şəxsiyyətlər “jurnalı”, №32, Bakı: 2015, s.26-31.
  11. “Azərbaycan tarixi”, dərslik, VI sinif. Bakı: 2015.
  12. “Qədim dünya tarixi”, dərslik, VI sinif. Bakı: 2015.
  13. Культура эпохи средней бронзы Азербайджана. Баку: 1991.
  14. “История Азербайджана”, учебник для VI класса. Баку: 2015.
  15. “История древнего мира”, учебник для VI класса. Баку: 2015.

Məqalələri

  1. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişində Azərbaycanın tarix və mədəniyyət abidələrinin öyrənilməsi. Müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı. Respublika Elmi konfransının materialları. Sumqayıt: 2016, s.12-14

İstinadlar

  1. "Əliyev Vəli Hüseyn oğlu" (azərb.). science.gov.az. 2017. İstifadə tarixi: 2017-03-21.

Xarici keçidlər

AMEA-nın müxbir üzvü Vəli Əliyev vəfat edib (science.gov.az - www.science.az (08.01.2020 14:12)).