Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Vaqif Şıxəliyev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Vaqif Şıxəliyev
Şıxəliyev Vaqif Məmməd oğlu
Vaqif Şıxəliyev
Vaqif Şıxəliyev.

Vaqif Şıxəliyev — tanınmış estrada müğənnisi, Abşeron rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

6 sentyabr 1978-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1985 – 1994-cü illərdə Şəki şəhər 5 №-li orta məktəbində,

1989 − 1994-cü illərdə Şəki şəhər 2 №-li uşaq musiqi məktəbinin xanəndəlik sinfində,

1994 − 1997-ci illərdə Bakı şəhər Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndəlik sinfində,

1997 − 2001-ci illərdə isə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının xanəndəlik fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1999 – 2005-ci illərdə Bakı şəhər Mirzağa Əliyev adına Mədəniyyət Evində xalq çalğı alətləri ansamblının rəhbəri,

2005 – 2014-cü illərdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1-ci dərəcəli vokalist-artist,

2014 – 2015-ci illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsində klub metodisti vəzifəsində çalışıb.

2014-cü ildən Abşeron rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəridir.

Sənət uğurları[Vizual/Mobil redaktə | HTML redaktə]

“Bakı payızı – 2003” gənc estrada ifaçıları müsabiqəsinin,

“Azəri star – 2005” mahnı müsabiqəsinin (“Azeri Star production”un və Space TV-nin birgə layihəsi) laureatı olub.

Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Mete Ə. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 526. — 500 nüsx.
  2. ... Müğənni Vaqif Şıxəliyev öz bioqrafiyası haqqında danışdı : [arx. 19 Jan 2022 - 15 Jun 2022] // Azertimes. — 2016. — 11 oktyabr. — Müraciət tarixi: 15.06.2022.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...