Vaqif Cumay oğlu Aslanov (Vaqif Aslan) — müəllim, şair-yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Vaqif Aslan
Vaqif Cumay oğlu Aslanov
Vaqif Aslan
Doğum tarixi 5 iyul 1950 (1950-07-05) (73 yaş)
Doğum yeri Nuxa, Kiş, Azərbaycan SSR
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Şair-Yazıçı-Dramaturq
Əsərlərinin dili azərbaycanca

Haqqında məlumatlar

1950-ci il iyulun 5-də Nuxa rayonunun Kiş kəndidə anadan olub. Orta məktəbi bitirdikdən sonra, Kiş kənd 1 saylı səkkizillik məktəbində 1 il pioner baş dəstə rəhbəri işləyib və 1968-ci ildə APXDİ-nin “Fransız və Azərbaycan dilləri” fakültəsinə daxil olub, 1973-cü ildə buranı müvəffəqiyyətlə başa vurub ali təhsilə yiyələnib.

Əmək fəaliyyəti

Kiş kənd 1 saylı səkkizillik məktəbində pioner baş dəstə rəhbəri (1967-68) Kiş kənd orta məktəbində müəllim (1973-1994) AMEA Şəki Regional Elmi Mərkəzində “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri (1994-97) AMEA Folklor İnstitutunun Şəki sektorunun rəhbəri (1997-ci ildən) BDU-nun Şəki filialında baş müəllim (1997-2000) Azərbaycan Müəllimlər İnstitutu Şəki filialında baş müəllim (2000-ci ildən) Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri (1998-ci ildən, ictimai əsaslarla)

Əsərləri

  • “Aydın” (Bakı, “Elm” nəşriyyatı, 1993)
  • “Səyahətnamə” (Bakı, “Elm” nəşriyyatı, 1994. XVII əsr fransız səyyahı J.B.Şardenin 1711-ci il Amsterdam nəşrindən birbaşa tərcümə)
  • “Ruhlarla söhbət” (Bakı, “Ozan” nəşriyyatı, 1997)
  • “Oğuz elinə salam” (Bakı, “Mütərcim” nəşriyyatı, 2000)
  • “Qanımdan rəng alan gül” (Bakı, “Ağrıdağ” nəşriyyatı, 2003)
  • “Kiş kəndi və onun məbədi”, G.Məmmədova ilə birlikdə, Azərbaycan və ingilis dillərində (Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2003)
  • “Seçilmiş əsərləri” 4 cilddə, I cild (Bakı, “Uni Print” nəşriyyatı, 2009)
  • “Seçilmiş əsərləri” 4 cilddə, II cild (Bakı, “Təhsil” NPM, 2009)
  • “Seçilmiş əsərləri” 4 cilddə, III və IV cildlər (Bakı, “Təhsil” NPM, 2010)
  • “Bizim Dünya adlı bir evimiz var” əski əlifba ilə (Təbriz, 2014)
  • “Hüseyn Xan Müştaq” (Bakı, “Orxan” NPM, 2015)


İstinadlar

Həmçinin bax