Vaqif Mustafayev
Vaqif Mustafayev (1952–2025) — tanınmış musiqiçi-pedaqoq. 10 ildən çox müddət ərzində Şəki şəhər 4 saylı uşaq musiqi məktəbində müəllim işləmişdir.
Vaqif Mustafayev | |
---|---|
Mustafayev Vaqif | |
![]() | |
Vaqif Mustafayev. |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
8 yanvar 1952-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Hərbi xidmət Vizual/Mobil redaktə
1971 – 1973-cü illərdə həqiqi hərbi xidmətdə olub.
Təhsili Vizual/Mobil redaktə
1977-ci ildə Şəki Musiqi Texnikumunu bitirib.
Əmək və musiqiçi fəaliyyəti Vizual/Mobil redaktə
1974 – 1976-cı illərdə Şəkidə fəaliyyət göstərmiş “İpəkçi” ansamblının (Şəki ipək kombinatı) yaradılmasında yaxından iştirak edib və onun tərkibində müxtəlif yerlərdə (ipək kombinatı, Marxal, “Səadət” pioner düşərgəsi və s.) təşkil olunmuş bayram şənliklərində, konsertlərdə gitara çalıb.
2001 – 2004-cü illərdə Rusiya Federasiyasının Tümen vilayətində “Şahdağ” ansamblında həm tar, həm saz və həm də gitara çalıb.
2004 – 2017-ci illərdə Şəki şəhər 4 saylı uşaq musiqi məktəbində müəllim işləyib.
2017-ci ildən əmək təqaüdündə idi. Bununla yanaşı, uşaqlara tar, saz və gitarada özəl dərslər keçirdi.
Vəfatı Vizual/Mobil redaktə
31 yanvar 2025-ci il tarixdə – 73 yaşında, Şəkidə vəfat edib.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
...
...